Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 May 16:00
Şərh Yoxdur
3850

Mübarək Ramazan ayının qalan günlərindən necə ən yaxşı şəkildə istifadə edə bilərik?

Ramazan ayı – başqa ayların sultanıdır. Bu ay Allaha məxsus olduğu üçün, rəhmət və bərəkəti də çoxdur və insanın dualarını və hacətlərini yerinə yetirən bir aydır. Elə bir ay ki, Allahla insan arasında olan bütün pərdələr aradan qalxar. Bir bəndə olar, bir də Allah.

 

Bəs bu fəzilətli ayın qalan günlərindən necə istifadə edə bilərik ki, bizə daha çox fayda gətirsin?

 

1. Məsumlarımız (ə) bizə tövsiyə edirlər ki, bu ayda ən çox iki şeyiistəyin: biri sizə oruc tutmaq tövfiqini versin. O birisi isə Quran oxumaq tövfiqini əldə edəsiniz.

 

2. Bu ayın başqa fəzilətli əməli – sədəqə verməkdir. Başqa aylardan daha çox ehtiyacı olanlara əl tutmaq. Quran buyurur ki, ən yaxşı infaq odur ki, qarşı tərəfə minnət qoymayasan və əziyyət verməyəsən.

 

3. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, acdın və susuzladın – Qiyaməti yadına sal!”. Əgər Qiyamət günü Kövsər hovuzunun kənarında olmaq istəyiriksə və Əmirəl-möminin (ə) əlindən o mübarək sudan içmək istəyiriksə – gərək bu əziyyətə dözək və Qiyaməti yada salaq.

 

4. Ailə üzvlərimizin böyüklərinə hörmət edək. Nənə və babalarımızı görməyə gedək və onları sevindirək. Onları iftar süfrələrinə dəvət edib, onlara hədiyyə alaq.

 

5. Uşaqlara qarşı mehriban olaq. Övlad görər ki, valideynləri ona həddən artıq məhəbbət göstərirlər. Soruşar ki, ata və ana nə olmuşdur? Onlar da cavab verərlər ki, Ramazan ayıdır. Yəni, uşaq başqa aylarda olan sevgi və məhəbbətin səviyyəsindəki fərqi hiss etməlidir.

 

6. Dilinizi kontrol edin. İmam Baqir (ə) buyurur: “Cəhənnəm əhlinin çoxu dilinə görə cəhənnəmə gedərlər”.

 

7. Sileyi-rəhmi artırmaq və qohumlara baş çəkib, ehtiyacları ilə tanış olmaq.

 

8. Qulaqlarınızı qeybətə, töhmət və yalana bağlayın. Qoymayın bu haram sözlər ruhunuzu çirkləndirsin.

 

9. Yetimlərə mehribanlıq göstərin.

 

10. Günahlarınıza görə tövbə edin. Ramazan ayının hər bir saatı və anı fəzilətlidir. Ona görə də bu ayda etdiyiniz tövbə mütləqqəbul olacaqdır.

 

11. Namazları əvvəl vaxtda qılın və sonra dua etməyi unutmayın. Çünki insan namaz qılan zaman Allah ona tərəf mələklərigöndərir ki, yanında əyləşib dua etməsini gözləyirlər. Elə ki, geri qayıdırlar, Allah soruşur ki, bəndəm Məndən nə istədi? Əgər duaetməsəniz, deyəcəklər ki, heç nə.

 

12. İftar verməyi unutmayın ki, orucun özündən də fəzilətlidir. Belə ki, oruc tutan insanı iftara çağırmaq – onun orucununsavabına şərik olmaqdır. Eyni zamanda ictimai rabitələrin güclənməsinə səbəb olan saleh əməllərdəndir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..