Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 İyun 17:26
Şərh Yoxdur
2428

Mübarək Ramazan ayının keyfiyyətli yaşanmasına kömək edən 7 nöqtə

Allah qonaqlığındayıq. Bu İlahi qonaqlıqdan bəhrələnmək üçün hazırlıqlı olmaq lazımdır. Necə ki, qohumlarımızın evinə gedən zaman proqram qurur və özümüzü səliqəyə salırıq, bu İlahi ziyafət üçün də hazırlıq görək və özümüzə əl gəzdirək. (Tebyan/Deyerler)

Daha hazırlıqlı olmaq üçün biz gərək bir neçə əməli yerinə yetirək.

 

1. Tövbə etmək. İlk atacağımız addım tövbə etməkdir. Əslində bir çoxlarımız Rəcəb və Şəban ayının necə gəlib getdiyini hiss eməmişik. Bizim üçün başqa günlərdən heç fərqlənmirdi də. Əgər özümüzə diqqət etməsək, Ramazan ayı da o cür gəlib gedəcəkdir. Əgər belə olarsa, aclıq və susuzluqdan başqa heç bir şeydən bəhrənmərik. Tövbələrimiz, ruhumuzun qırıq və sökük yerlərinə məlhəm olar və bizi yüngülləşdirər. Bu yüngüllük sayəsində də mənəviyyata çatmaq üçün böyük addımlar ata bilərik. İmam Əli (ə) buyurur: “Tövbə ürəkləri pak edər və günahları yuyar”.

 

2. Ətrafımızda olanlardan halallıq istəyək. Biz ictimai həyatda başqaları ilə rabitədə olduğumuza görə, istər-istəməz başqalarını incitmiş olarıq və bəzən də olur ki, başqalarının qeybətini etmiş oluruq. Bu cür hallar ruhumuz üçün yük olduğu üçün, bizə ağırlıq edər. Ona görə də gərək bu insanlardan halallıq istəyək.

 

3. Mənzili təmizləmək. Mübarək Ramazan ayında mələklər göydən yerə enərlər. Oruc tutanların ətrafında fırlanar və onlar üçün dua edərlər. O yer ki, təmiz deyildir və pak deyildir, mələklər ora daxil olmurlar. Ona görə də gərək evi təmizləyək və napak yeləri paklayaq.

 

4. Orucun əhkamına diqqət etmək. Çoxlarımız mübarək Ramazan ayının orucu ilə bağlı dini hökmləri yaxşı bilir. Lakin, təkrar – biliyin anasıdır. Bu İlahi vacibatın keyfiyyətlə yerinə yetirilməsi baxımından, dini əhkamlara diqqət yetirməyin əhəmiyyəti böyükdür.

 

5. Bu ayda olan müstəhəb əməlləri yerinə yetirmək. O cümlədən, vacib namazlardan sonra oxunan duaları, hər günün duasını, gecələrin namazlarını diqqətdən qaçırmayaq. Oruc tutan insan Ramazan ayının zikrlərini və əməllərini, o cümlədən, məxsusi münacatlarını diqqətdə saxlasa, ibadəti daha keyfiyyətli olar.

 

6. Obaşdan və iftarlarda dua etmək, “Qədr” surəsini oxumaqEhsanlar vermək.

 

7. Ramazan ayının orucuna məhrumiyyət kimi deyil, İlahi ziyafət, bayram kimi baxmaq.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..