Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 May 20:49
Şərh Yoxdur
10854

Mübarək Ramazan ayının əməlləri

Bu gecə mübarək Ramazan ayının ilk gecəsi daxil olur

 

Ramazan ayı – orucun vacib olduğu aydır. Bundan əlavə, məsləhət görülən bir sıra əməllər də var. Əziz Peyğəmbərimiz (s) bizə bu ayda dörd əməli tövsiyə edir. 

 

1. Dua.

Seyyid ibni Tavus İmam Sadiqdən (ə) və İmam Kazımdan (ə) nəql edir ki, buyurublar: “Ramazan ayının ilk günündən son gününə qədər vacibatlardan sonra bu duanı oxu: “Allahummərzuqni həccə bəynəkəl hərami fi ami haza və fi kulli am”.

 

Həmçinin hər bir vacib namazdan sonra bu duanı oxu: “Ya Əliyyu, ya Əzim, ya Ğəfuru, ya Rahim”.

Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, hər kim Ramazan ayında namazdan sonra bu duanı oxuyarsa, Allah günahlarını bağışlayar. “Allahummədxil əla əhlil quburis- surur”.

 

2. Quran qiraət etmək.

Ramazan ayının gündüzlərində, gecələrində ən yaxşı əməl – Quran qiraət etməkdir. Belə ki, Quran Ramazan ayında nazil olmuşdur. Hər bir şeyin baharı vardır və Quranın baharı – Ramazan ayıdır.

 

3. Zikr və istiğfar.

Bu ayda zikr etmək və istiğfar etmək çox bəyənilən əməllərdəndir. Həmçinin “Lə iləhə illəllah” zikrini demək çox savaba malikdir. Hədislərdə oxuyuruq ki, o zaman ki, mübarək Ramazan ayı gələrdi, İmam Səccad (ə) dua, təsbih və istiğfardan başqa bir söz deməzdi.

 

4. Namaz.

Ramazan ayının hər gecəsində iki rükətli namaz qılmaq müstəhəbdir. Hər rükətdə “Həmd”dən sonra “Tövhid” (“İxlas”) surəsini 3 dəfə oxumaq lazımdır. Salamdan sonra isə 10 dəfə salavat göndərmək lazımdır. Hər kim bu namazı qılarsa, Allah günahlarını bağışlayar.

 

İmam Sadiqdən (ə) nəql edilir ki, hər kim Ramazan ayının hər gecəsində müstəhəb namazda “Fəth” surəsini oxuyarsa, həmin il bəladan hifz olunar.

 

Hədislərdə oxuyuruq ki, iftar zamanı sədəqə verin. Oruc tutanlara iftar verin. Əgər gücünüz çatmırsa, bir xurma və su ilə də olsa, iftar verin. Əziz Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, hər kim bu ayda oruc tutan möminə iftar verərsə, qul azad etməyin savabına malik olar. Həmçinin günahlarının bağışlanmasına səbəb olar. Səhabələri soruşur ki, əgər bu işi görməyə gücümüz çatmırsa, nə edək. Buyurur: “O kəsin ki, gücü çatmır, bir qədər süd, bir qədər su və bir qədər də xurma versin”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..