Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 Dekabr 22:23
Şərh Yoxdur
543

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və Allahdan bağışlanmağınızı diləyin) ki, Allah bağışlayan və mehribandır. Bu aya “Əsəbb” (çox tökülən) deyilir, çünki bu ayda Allahın geniş rəhməti mənim ümmətimə nazil olar. Elə isə çoxlu deyin: “Əstəğfirullahə və əs`əluhut-tovbə!”

2. Oruc tutmaq: Rəvayətə əsasən, Nuh peyğəmbər Rəcəb ayının birinci günü gəmiyə minərək, onunla olanlar‎ı oruc tutmağa‎ əmr etmişdir. Hər kim həmin günü oruc tutsa, cəhənnəm odu ondan bir il uzaqlaşar. İmam Kazimdən(ə) də belə nəql olunur: “Hər kəs Rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu bir il ondan uzaq düşər. Hər kəs üç gününü oruc tutsa, cənnət ona vacib olar.”

3. Qüsl etmək: Rəcəb ayının əvvəli, ortası və axırında qüsl etmək bu ayın müstəhəb əməllərindəndir.

4. İmam Hüseyni (ə) (yaxından və ya uzaqdan) ziyarət etmək;

5. İmam Rzanı (ə) ziyarət etmək; İmam Sadiqdən (ə) belə nəql olunur: “Hər kim Rəcəb ayının əvvəlində Hüseyn ibn Əlini (ə) ziyarət etsə, Allah-Taala onun günahlarını bağışlayar.”

6. Salman Farsinin namazını qılmaq: bu namaz on (iki-iki) rükətdir. Hər rükətdə “Həmd” surəsini oxuduqdan sonra üç dəfə “İxlas” və üç dəfə “Kafirun” surələri oxunsun və hər salamdan sonra əllər göyə qaldırılıb deyilsin:

La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumit, və huvə həyyun la yəmut, bəyədihil xəyru və huvə əla kulli şəy`in qədir.

“Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. Dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir.”

Sonra deyilsin:

Əllahummə la maniə lima ə`təytə, və la mu`tiə lima mənə`tə, və la yənfəu zəl-cəddi minkəl cədd.

“İlahi, əta etməyinə heç bir maneə yoxdur, əta edən bir şəxs də yoxdur ki, Sən ona mane olasan və çalışan şəxsin çalışqanlığı onu Səndən ehtiyacsız etməz!”

Sonra əllər üzə çəkilsin.

7. Gündəlik qılınan namazlardan sonra aşağıdakı duanı oxumaq: Məhəmməd ibn Zəkvan nəql edir ki, imam Sadiqə (ə) dedim: “Canim sənə fəda olsun, indi Rəcəb ayıdır, mənə elə bir dua öyrət ki, Allah-Taala onunla mənə xeyir versin.” Həzrət buyurdu: “Rəcəb ayında gecə-gündüz namazlardan sonra bu duanı oxu:

يَا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ كُلِّ شَرٍّ يَا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يَا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ يَا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّنا مِنْهُ وَ رَحْمَةً أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيَا وَ جَمِيعَ خَيْرِ الْآخِرَةِ وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيَا وَ [جَمِيعَ‏] شَرِّ الْآخِرَةِ فَاِنَّهُ غَيْرُ مَنْقُوصٍ مَا أَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يَا كَرِيمُ

“Ya mən ərcuhu likulli xəyr, və amənu səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələh, ya mən yu`ti məl-ləm yəs`əlhu, və məl-ləm yə`rifhu təhənnunən minhu və rəhməh, ə`tini biməs`ələti iyyak, cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh, vəsrif ənni biməs`ələti iyyak, cəmiə şərrid-dunya və şərril-axirəh, fəinnəhu ğəyru mənqusin ma ə`təyt, və zidni min fəzlikə ya kərim!”

 

(Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaqlaşdır! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!)

 

Ravi deyir: “Sonra Həzrət mübarək saqqalını sol əlinə alıb sağ əlinin işarə barmağını yellədərək bu duanı oxumağa başladı:

 

يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ

 

“Ya zəl-cəlali vəl-ikram, ya zən-nə`mai vəl-cud, ya zəl-mənni vət-təvl, hərrim şəybəti ələn-nar.”

 

(Ey calal və böyüklük sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi! Haram et saqqalı (üzümü) oda – cəhənnəm oduna!)

 

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəcəb ayının fəzilət və əməlləri” bölümü.)

Digər “Mənəviyyat ” Xəbərləri

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..

XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKİNMƏK

XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKİNMƏK Allah-taala Maidə surəsinin 23-cü ayəsində insanlara ata-ana ilə gözəl rəftar etməyin vacib olmasını xatırlatdıqdan sonra onlarla kobud rəftar... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

 Həzrət Xədicənin vəfatı ili və günü barədə fərqli fikirlər var.

Lakin daha çox məqbul edilən fikir budur ki, o həzrət Məhəmməd Peyğəmbərin (s) peyğəmbərlik məqamına çatmasından yəni “besət” hadisəsindən 10 il sonra... Davamı..

Mübarək Ramazan ayının birinci gecəsinin əməlləri və duaları

Mübarək Ramazan ayının birinci gecəsinə məxsus əməllər və dualar aşağıdakılardan ibarətdir: 1. Ayın çıxmasını izləmək və gözləmək; 2. Ayı gördükdə üzü qibləyə dayanıb əlləri... Davamı..