Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Dekabr 11:28
Şərh Yoxdur
5794

Möminlər öləndən sonra görüşəcəklərmi?

Bir nəfər İmam Sadiqə (ə) deyir: “Mənim qardaşım Bağdaddadır. Nigaranam ki, elə orada da vəfat etsin”.

Həzrət Sadiq (ə) buyurur: “Qorxu yoxdur. Hər yerdə ki, ölsə – dünyanın şərqində və qərbində – elə bir mömin qalmaz ki, Allah onun ruhunu Vadius-səlamda başqa möminlərin ruhları ilə birlikdə qərar verər”.

 

Həmin şəxs soruşur: “Vadius-səlam haradadır?”.

Həzrət (ə) buyurur: “Kufənin arxasında. Sanki ruhların toplaşmasını görürəm ki, halqa-halqa əyləşiblər və bir-biri ilə söhbət edirlər”.

 

Əmirəl-mömininə (ə) sual verirlər ki, ölülər bir-biri ilə ünsiyyət qururlarmı? Həzrət (ə) buyurur: “Bəli, əgər gözünün önündəki pərdə götürülsə, onları görərsən ki, halqa-halqa əyləşiblər və öz əmmamələri və ya başqa bir şeylə ayaqlarını bir-birinə bağlayıb, bu cür əyləşib və söhbət edirlər. Dünyada elə bir mömin yoxdur ki, dünyadan getsin, məgər o halda ki, onun ruhuna deyilər Vadius-səlama qoşulsun. Vadius-səlam – Ədn behiştinin türbəsidir”.

 

İmam Əli (ə) buyurur: “Əgər gözünüzün önündəki pərdə götürülsə, görərsiniz ki, möminlərin ruhları Vadius-səlamda halqa şəkildə əyləşib, bir-biri ilə söhbət edirlər. Ancaq kafirlərin ruhları Bərəhutdadır”. (Tebyan/Deyerler)

Bu hədislərdən göründüyü kimi, möminlərin ruhları bərzəx aləmində bir-biri ilə görüşür və söhbət edirlər.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..