Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Avqust 15:17
Şərh Yoxdur
19938

Mömini, mömin edən onun dili deyil, əməlidir

Heç bir tərəzi insan qəlbinin pak və napaklığının səviyyəsini ölçə bilməz. Ancaq o zaman ki, mömin əməl meydanına daxil olur, imanının səviyyəsini aydın şəkildə göstərməyə başlayır. İmam Sadiq (ə) buyurur: “Bütün iman – əməl və işdir”. Ona görə də deyə bilərik ki, İslam və iman əməldə özünü göstərər.

 

Qurani-Kərimdə də bu həqiqətə dəfələrlə işarə edilmişdir.

“Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur. Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir”. (“Nəcm” 39-40).

“Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir”. (“Zəlzələ” 7).

 

Ona görə də deyə bilərik ki, iman – əməldir. Qiyamət, cənnət və cəhənnəm də əməllərimizin yaratdıqlarıdır. (Tebyan/Deyerler)

İmam Sadiq (ə) imanı əməldən ayıran insanlara belə buyurur: “Məlundur, məlundur o kəs ki, deyər iman əməldən başqasıdır”.

 

Allah Təala “Əsr” surəsində bütün insanları ziyanda görür və ancaq o kəslərin xilas ola biləcəyini söyləyir ki, imana və saleh əmələ malikdirlər. İslam cəmiyyəti o zaman güclü olar ki, onun nümayəndələri danışmaqdan çox, əmələ diqqət göstərsinlər. “O kəslərə ki, əgər yer üzündə onlara qüdrət(hakimiyyət) və güc versək namaz qılar, zəkat verər, (insanları ağıl və şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir nalayiq və çirkin işdən saxlayarlar”. (“Həcc” 41).

 

Əməl, müsəlman cəmiyyətinin müstəqilliyini təmin edən meyardır. Əgər cəmiyyət ondan uzaq olarsa, təhlükədə olar.

Beləliklə deyə bilərik ki, mömini, mömin edən onun dili deyil, əməlidir.

 

Əməl – insanın imanının nişanəsidir və hansı ölçüdə imana malik olduğunu göstərər.

Əməl, imanın tərəzisidir və bu tərəzi insanın qəlbindəki iman gücündən xəbər verər.

Əgər cəmiyyətin güclü olmasını istəyiriksə, gərək əmələ diqqət göstərək. Çünki, əməl sayəsində imanımızı qoruya bilərik.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..