Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Fevral 11:05
Şərh Yoxdur
3430

Məsumlar (ə) “Vəd olunmuş Mehdi” haqqında buyurub (2-ci hissə)

Qeyd etmək lazımdır ki, İmam Məhdi (ə.f) və onun zühuruna dair Peyğəmbər (s) və məsum imamlar (ə) tərə­findən mötəbər faktlara söykənən çoxsaylı hədislər vardır ki, həqiqət axtaran insanlar üçün heç bir şəkk-şübhə buraxmır və burada həmin məsumların hədislərindən bir neçə misal çəkirik:

 

İmam Baqir (ə) buyurub: “Ruzigar dəyişdikdə və insanlar Qaimin (ə.f) öldüyünü və ya həlak olduğunu, yaxud hansı səhraya getdiyini deyər və onu məhv etmək istəyənlər belə söyləyərlər: “Sümükləri çürüyən insan necə zühur edə bilər?!” Siz onun zühur etməsinə ümidvar olun və onun zühur etdiyini eşitdikdə hətta qar üzərində sürünməklə belə olsa, ona doğru tələsin”.[1]

 

İmam Sadiq (ə) buyurub: “Peyğəmbərlərdə olan qeyb üsulu, əvvəlkilərin addımlarının arxasınca addım atmaq (bütün xüsusiyyətləri ilə) biz Əhli-beyt barəsində tətbiq edilir… və o, həmçinin oğlum Musanın övladıdır, o kəniz­lər xatununun oğludur, onun qeybə çəkilməsində düşmən qüvvələr şəkk-şübhəyə düşər, daha sonra Allah onu aşkara çıxarar. Məryəm oğlu İsa yer üzünə enər və onun arxa­sında namaz qılar və yer üzü sahibinin nuru ilə işıqlanar və bütün Yer üzündə Allahdan başqasına ibadət edilən yer qalmaz və müşriklər istəməsələr belə, hamının dini Allaha məxsus olar”.[2]

 

İmam Kazim (ə) buyurub: “Zülmə qərq olan yer üzünü Allahın düşmənlərindən təmizləyəcək və ədalətlə dolduracaq o Qaim (ə.f) mənim beşinci övladımdır, onu uzun qeyb dövrü gözləyir, çünki canını təhlükədə hiss edir. Və o zaman (qeyb dövründə) bir qrup insan dindən dönər və bəziləri isə sabitqədəm qalar. Nə bəxtiyardır o şiələrimiz ki, qeyb dövründə imamətə sadiq qalarlar, bizimlə dostluqda və düşmənlərimizə nifrət etməkdə sabit qalarlar, onlar bizdəndir və biz də onlardan, onlar bizim imamlığımıza razıdır və biz də onların şiəliyinə; deməli, onlar bəxtiyardırlar, Allaha and olsun ki, Qiyamət günü onlar bizimlə eyni dərəcədə olarlar”.[3]

 

İmam Rza (ə) buyurub: “Bizim sonuncu imamımız (Qaimimiz) zühur etdiyində qoca yaşında və (yaşı çox olsada) gənc simalı olan bir şəxsdir. Və o qədər güclüdür ki, yer üzündəki ən böyük ağaca əl atdığında onu gövdə­sindən qoparar və dağlar arasında fəryad etdikdə qayalar parçalanar, o, Musa peyğəmbərin əsasını və Süleyman peyğəmbərin üzüyünü daşıyır. O, mənim övladlarımdan dördüncüsüdür, Allah istədiyi kimi onu öz örtük və pərdəsində gizlədər, daha sonra aşkara çıxarar və yer üzünü onun vasitəsilə ədalətə qərq edər”.[4]

 

İmam Cavad (ə) buyurub: “Bizim sonuncu imamımız Məhdidir (ə.f). O, həmin şəxsdir ki, qeyb dövründə zühu­runu gözləmək və zühur etdiyi vaxt ona itaət etmək vacibdir və o, mənim övladlarımdan üçüncüsüdür. Muhəmmədi (s)  peyğəmbər göndərən və bizi imam seçən Allaha and olsun ki, dünya həyatından yalnız bir gün qalmış olsa belə, Allah həmin günü o qədər uzun edər ki, bizim Qaimimiz (ə.f) zühur edər, gəlişi ilə yer üzündə ədaləti bərqə­rar edər”.[5]

 

Əbdüləzim Həsəni İmam Hadidən (ə) soruşdu: “Sizdən sonra mənim mövlam kimdir?” O Həzrət (ə) buyurdu: “Məndən sonra imam oğlum Həsəndir, ondan sonra insanlar onun davamçısına qarşı necə münasibət bəsləyəcəklər?” Həsəni soruşdu: “Nə üçün, ey mənim mövlam?” İmam (ə) buyurdu: “Çünki o, insanlara görünməyəcək və onu adı ilə çağırmaq haramdır, o vaxta qədər ki, zühur edəcək və dünyanı zülmdən xilas edərək ədalətə qərq edəcək”.[6]

 

İmam Həsən Əskəri (ə) buyurub: “Görürəm ki, siz insanlar məndən sonra mənim davamçımla bağlı fikiray­rılığına düşəcəksiniz. Xəbərdar olun! Peyğəmbərdən sonra imamlara inanan, lakin mənim övladımı inkar edən, sanki bütün peyğəmbərlərə inanmış, lakin sonuncu peyğəmbəri inkar etmişdir. Hər kim Muhəmməd (s) peyğəmbəri inkar edərsə, əslində, bütün peyğəmbərləri inkar etmişdir. Çünki bizim sonuncumuza itaət etmək onlardan birincisinə itaət etmək kimidir və bizlərdən birinci məsumu inkar edən sonuncu imamımızı da inkar etmişdir”.[7]

 

www.ahliman.info

[1] Kəmalüddin və Təmam ən-Nemə, Şeyx Səduq, səh.326

[2] Eyni mənbə, səh.345

[3] Eyni mənbə, səh.361

[4] Kəmalüddin və Təmam ən-Nemə, Şeyx Səduq, səh.376

[5] Kəmalüddin və Təmam ən-Nemə, Şeyx Səduq, səh.377

[6] Eyni mənbə, səh.380

[7] Vəd edilmiş Məhdi, müəllif və tərcüməçi: Əli Dəvani, səh.391

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..