Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Sentyabr 13:10
26 Şərh
18743

Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti (Arxivdən)

Tarixdə nəql edilənlərə əsasən, imam Hüseynin (ə) şəhadətindən sonra din rəhbərləri və imamların sünnəsi həzrətin müsibətində əzadarlıq məclisləri təşkil edərək göz yaşı tökmək olub.

Bu fikirləri  Hacı Cavad məscidinin axundu, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov bildirib.

O, deyib ki, nəticədə, müsəlmanlar məskunlaşan məntəqələrdə belə məclis və mərasimlərin keçirilməsi yenicə meydana çıxan, yadellilər tərəfindən uydurulan və quraşdırılan, yaxud da digər məzhəblərə təqlid edilən bir məsələ deyil. Əksinə, əzadarlıq mərasimləri imamların həyatda olduqları zamanlarda əsasını qoymuş olduğu və təşkil etdiyi, eyni zamanda, bu məsələlərə təkid etdiyi bir mərasimdir.

Onlar öz ifadə və sözlərində də bu ilahi nişanənin yaşadılaraq dirçəldilməsi və imam Hüseynin (ə) şəhadətinin ildönümündə əzadarlıq mərasimlərinin keçirilməsinə diqqət yetirilməsini bildirib və belə məclislərdə axıdılan göz yaşlarına böyük mükafat və savabların verilməsini vəd edib.

Adı dillərdə əzbər olan Kərbəla şəhidi imam Hüseyn (ə) buyurub: “Kim bizim əzadarlıq məclisimiz və müsibətimizdə bir damla göz yaşı axıtsa, Allah ona cənnəti nəsib edəcək.” (“Zəxairul-uqba”, səh. 19; “Yənabiul-məvəddəh”, c.2, səh. 117)

İlahiyyatçının onu da qeyd edib, əhli-sünnə alimləri arasında elə şəxsləri görmək olar ki, onlar da imam Hüseynin (ə) əzadarlıq mərasimini təşkil edib.

 

www.ahliman.info

Digər “Müsahibələr ” Xəbərləri

Bu il adambaşına nə qədər fitrə pulu verilməlidir?

İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”.   İlahiyyatçı alim hacı... Davamı..

Allah istəyən kimi orucluğu başa vurmaq lazımdır – ilahiyyatçı (Arxivdən)

Artıq Ramazan ayının böyük bir hissəsi geridə qalıb. İnsanlarımız çalışmalıdırlar ki, mümkün qədər bu ayın fəzilətindən istifadə etsinlər. Allah yanında təqva və... Davamı..

Hacı Əhliman FİTRƏ zəkatının məbləğini açıqladı

İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”. İlahiyyatçı alim hacı Əhliman... Davamı..

Hacı Əhliman FİTRƏ zəkatının məbləğini elan etdi

İlahiyyatçı alim hacı Əhliman Rüstəmov bildirib ki, ölkəmizdə 2020-ci ilin fitrə zəkatının məbləği adambaşına unun qiymətinə görə 1.80 manat, düyünün qiymətinə görə... Davamı..

Hacı Əhliman bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..

“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”(Arxivdən)

  Hacı Əhliman Rüstəmov: “Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da İmamımız şəhid olub” Hər il... Davamı..

Hacı Əhliman Rüstəmov bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..