Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 İyul 13:52
Şərh Yoxdur
714

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş öz sahiblərinə görə növhə oxuyur və ağlayırdılar. Elə bil ki, evlər də İmam Zeynəlabidin (ə)-dan öz sahibləri haqqında soruşur və o Həzrətin qəm-qüssəsini artırırdılar. İmam Hüseyn (ə)-ın sahibsiz evi elə bil ki, fəryad çəkib ağlayır və deyirdi: «Ey camaat, bu cür fəryad edib növhə oxumağıma görə məni bağışlayın… Siz də bu müsibətdə mənə kömək edin. Çünki, mən öz sahiblərimin ayrılığına ah-nalə edirəm, onların yüksək əxlaqlarına görə darıxır və matəm saxlayır. Onlar mənim gecə-gündüzüm, qaranlıqlarımın çırağı və səhərlərim idilər. Onlar mənim iftixarım, köməyim, kücüm, günəşim və ayım idilər. Çoxlu gecələrdə öz böyüklükləri ilə mənim vəhşətimi aradan apardılar və öz ehsanları ilə məni hörmət etdilər. Səhər çağları Allaha etdikləri duaları qulağıma çatdırdılar və öz qiymətli sirləri ilə mənim qiymətimi də artırdılar. Çoxlu gecələr, öz məclisləri ilə məni zinətləndirdilər. Mənim quru ağaclarımı öz görüşləri ilə yaşıllaşdırdılar, şadlandırdılar. Çoxlu tərifə laiq ağacları arzu tarlamda əkdilər. Mən onların vucudu ilə bütün uca saraylardan, gözəl qəsrlərdən üstün idim və iftixar edirdim, sevinirdim. Çoxlu ümidsizliyə çatmış arzularımı diriltdilər. Varlıq evimin astanasında gizli-çürümüş sümüklərin vasitəsi ilə yaranmış qorxularımı məhv etdilər. Lakin ölüm oxu onları nişan aldı və ruzigar mənim paxıllığımı çəkdi. Nəhayət, onlar düşmənlərin arasında qərib qaldılar və müxaliflərin nişan aldıqları oxların hədəfi oldular. Ah! Bu İlahi şəxsin (İmam Hüseyn (ə))qanı töküldü. Əfsuslar olsun bu İlahi qoşuna ki, məğlub oldu. Əgər insanlar və cahil xalq mənim matəmimdə şərik olmasalar, köhnə təpələr, viran olmuş evlərin divarları mənim üçün bəsdir. Çünki, onlar da mənim kimi ağlayırlar və qəm-qüssə içində qərq olublar. Ey kaş, mən bəşər olurdum! Öz sinəmi düşmən qılıncları qarşısında qalxan edirdim və onların yolunda canımı qurban verirdim, təkionlar sağ qalıb öz düşmənlərindən intiqqam alırdılar Ah! Nə qədər bu arzularıma çatmaq istəyirəm və nə qədər öz sahiblərimin ayrılığına pərvanə tək yanıram. Dünyadakı hər bir nalə, mənim naləmdən kiçikdir və onların vucudundan başqa heç bir dərman mənim üçün şəfabəxş deyil. Mən onların matəmində qara paltar geyindim, yas məclisi qurdum. Səbirli olmaqdan naümüd oldum». Həmin vaxt ibn Qüteybə sahibsiz evlərə baxaraq ağlayır və deyir:

 

: مَرَرتُ عَلي أَبياتِ آلِ مُحَمَّدٍ                 فَلَم أرَ أَمثالاً لَها يَومَ حَلَّت

فَلا یبعَدُ اللّهَ الدّیارَ وَ أَهلِها                      وَ اِن أَصبَحتَ مِنهُم بِزَعمِی تَخَلَّت

أَلا اِنَّ قَتلِی الطَفِّ مِن آلِ هاشِمٍ                أَذَلَّت رِقابً المُسلِمینِ فَذَلَّتِ

وَ کانُوا غِیاثاً ثُمَّ أَضحُوا رَزِیَّهً                لَقَد عَظُمَت تِلکَ الّرَزایا وَ جَلَّت

اَلَم تَرَ أنَّ الشَمسَ أضحَتَ مريضةً            لِفَقدِ حُسَينِ وَ البِلادُ اقشَعَرّتِ

Şeirin məzmunu: «Ali-Mühəmmədin (s)evlərinin yanından keçirdim. Gördüm ki, o evlər Ali-Mühəmmədin (s) ayrılığından rənkləri saralıbdır. Allah-Təala bu sahibsiz evləri və onların sahiblərini öz rəhmətindən məhrum etməsin. Bilməlisiniz ki, Kərbala şəhidlərinin bu dünyayla vidalaşmaları ilə, müsəlmanların zillət altında yaşamaq dövrü başlandı. İndi zillət dövrü açıq aşkar müşahidə olunur. Peyğəmbərin (s) övladları həmişə xalqın pənahı idi. İndi isə müsibətə çevrilibdir. Məgər, görmürsən ki, Hüseyn (ə)-ınşəhadətindən sonra günəşin rəngi xəstə adamların rəngi kimi saralıbdır və yer bu müsibətə taqət gətirmir? Ey Hüseyn (ə)-ın müsibətini eşidənlər, siz də Rəsulallahın (s) övladları kimi matəm tutun!»

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..