Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Yanvar 13:36
Şərh Yoxdur
3391

Məsumlar (ə) “Vəd olunmuş Mehdi” haqqında buyurub (1-ci hissə)

Qeyd etmək lazımdır ki, İmam Məhdi (ə.f) və onun zühuruna dair Peyğəmbər (s) və məsum imamlar (ə) tərə­findən mötəbər faktlara söykənən çoxsaylı hədislər vardır ki, həqiqət axtaran insanlar üçün heç bir şəkk-şübhə buraxmır və burada həmin məsumların hədislərindən bir neçə misal çəkirik:

 

Peyğəmbərimiz (s) buyurub: “Məhdi mənim övladlarım­dandır, onun adı mənim adımdır (Muhəmməd), ləqəbi mənim ləqəbimdir (ƏbülQasim), əxlaq və yaradılış baxımından insanlar arasında mənə ən çox oxşayandır. O, qeybə çəki­ləcək ki, həmin dövrdə çox sayda insan yollarını azacaq, bu zaman meteorit kimi gələrək zülmlə dolmuş yer üzündə ədaləti bərqərar edəcək”.[1]

 

Əmirəl-möminin Əli (ə) buyurub: “Bizim Qaimimiz (İmam Məhdi ə.f) uzun müddət qeybə çəkiləcək, şiələri elə görürük ki, onu tapmaq üçün düzənliyi və səhranı axtarır, lakin tapmırlar; bilin ki, onun qeyb dövründə öz dinində sabit­qədəm qalanlar və bu dövr ərzində onu inkar etməyənlər Qiyamət günü mənimlə bərabər olacaqlar”. Sonra o Həzrət (ə) buyurdu: “Məhdi (ə.f) zühur etdikdə heç kəsin beyəti onun üzərində olmaz. Buna görə də onun dünyaya gəlişi namə­lum qalacaq və o, gözlərdən uzaq olacaq”.[2]

 

Cabir İbn Abdullahdan nəql olunur: “Mən Həzrət Fatimənin (s.ə) hüzuruna gəldim, onun qarşısında imam­ların (ə) adlarının qeyd olunduğu bir siyahı gördüm. Saydım, 12 ad gördüm ki, sonuncusu Qaim (Məhdi ə.f) idi və onlardan üçünün adı Muhəmməd, dörd nəfərinin adı isə Əli idi”.[3]

 

İmam Həsən (ə) buyurmuşdur: “Bilmirsiniz ki, İmam Zaman (ə.f) istisna olmaqla, bütün imamların haqqı  dövrü­nün zalım rəhbəri tərəfindən tapdalanıb (yəni imamət və xilafət bizim haqqımız olduğu halda, zülmkarcasına və qəsbkarcasına bu haqq əlimizdən alınıb). O, zühur etdikdə İsa peyğəmbər arxasında namaz qılar və Allah onun dün­yaya gəlişini gizli saxlayar və vücudunu zühur edənədək qeybə çəkər, heç kəsin beyəti onun üzərində qalmaz və o, qardaşım Hüseynin (ə) doqquzuncu  övladıdır,  Allah qeyb dövründə onun ömrünü uzadar, sonra öz qüdrəti ilə 40 yaşdan daha gənc simada aşkar edər ki, Allahın hər şeyə qadir olduğunu bilsinlər”. [4]

 

İmam Hüseyn (ə) buyurmuşdur: “Mənim doqquzuncu övladımda Həzrət Yusufa (ə) aid bir xüsusiyyət və  Həzrət Musaya (ə) aid bir xüsusiyyət var və o, biz Əhli-beytin Qaimidir (Məhdisidir) ki, Allah onun işini bir gecədə islah edər”. [5]

 

İmam Səccad (ə) buyurub: “Bizim Qaimimizdə (ə.f) peyğəmbərlərə – Adəm, Nuh, İbrahim, Musa, İsa, Əyyub (ə) və Muhəmmədə (s) – xas bir neçə xüsusiyyət var: Adəm və Nuhdan (ə) – uzun ömür, İbrahimdən (ə) – gizli dünyaya gəlmə,  Musadan (ə) – can təhlükəsi və qeybə çəkilmə,  İsadan (ə) – insanlar arasında ondan sonra fikirayrılığının olmasıdır (Necə ki Həzrət İsa (ə) göyə qalxdıqdan sonra bəziləri onun öldüyünü, bəziləri isə çarmıxa çəkildiyini və sairəni iddia edirdilər) və amma Əyyubdan (ə) – imtahan­dan sonra asanlıq, Muhəmməd (s) peyğəmbərdən isə qılıncla çıxmaqdır”.[6]

 

www.ahliman.info

[1] Kəmalüddin və Təmam ən-Nemə, Şeyx Səduq, səh.287

[2] Eyni mənbə, səh.303

[3] Kəmalüddin və Təmam ən-Nemə, Şeyx Səduq, səh.307

[4] İsbatul-huda, Şeyx Hürr Amuli, c.5, səh.155

[5] Kəmalüddin və Təmam ən-Nemə, Şeyx Səduq, səh.317

[6] Eyni mənbə, səh.322

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..