Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Dekabr 17:07
Şərh Yoxdur
1924

“Mənim göz dəyməyim yoxdur” deyimi düzgündürmü?

Həzrət Peyğəmbər (s) buyurur: “Göz dəyməsi həqiqətdir. (Göz dəyməsi) kişini qəbirdə və dəvəni qazanda qərar verər”.

 

İmam Rza (ə) buyurur: “Nə zaman sənə göz dəysə, əllərini üzünün qarşısında qərar ver və sonra “Həmd” (“Fatihə”), “Tövhid” (“İxlas”), “Nas” və “Fələq” surələrini oxu. Hər iki əlini üzünə çək. Allah səni onun ziyanından qoruyar”.

 

İmam Əli (ə) buyurur: “Sehr və göz dəyməsi həqiqətdir”.

 

İmam Sadiq (ə) buyurur: “Əgər sizlərdən kimsə qardaşındakı nəyəsə təəccüb edərsə, 3 dəfə desin: “Maşəallah lə həvlə və lə quvvətə illə billahil-aliyyil-azim”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman sizlərdən kimsə özündə, ya malında, ya qardaşında maraqlı şey görərsə, onun bərəkətli olması üçün dua etsin. Çünki göz dəyməsi həqiqətdir”.

 

Nəql edilir ki, bir gün Həzrət Peyğəmbər (s) Bəqi qəbiristanlığının yanından keçirdi və o, buyurur: “Allaha and olsun ki, bu qəbiristan əhlinin əksər hissəsi göz dəyməsinə görə burada yatırlar”.

 

İmam Sadiq (ə) buyurur: “Hər kimin müsəlman qardaşının üzündən və təbiətindən xoşu gələr – Allahı yada salsın. Çünki o zaman ki, Allahı yada salar, mömin qardaşına ziyan dəyməz”. (Beytutə/Deyerler)

 

Beləliklə, göz dəyməsi var və hamıya aiddir. Odur ki, zikrlər deməklə, Qurani-Kərimin surələrini oxumaqla kiməsə ziyan vurmağı və özünə ziyan dəyməsini dəf etmək lazımdır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..