Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 İyul 13:26
1 Şərh
2877

Mənəvi təhlükəsizlik nə deməkdir? Mənəvi təhlükəsizliyi necə əldə etmək olar?

Mənəvi təhlükəsizlik dedikdə, xalis iman və Allaha yəqinlik sayəsində meydana gələn ruhi rahatlıq nəzərdə tutulur. İnsan savabın hasil olmasına görə sevinər və İlahi əzabdan təhlükəsiz olduğuna ümidli olar.

Quranın nəzərinə görə bu təhlükəsizlik o zaman meydana gələr ki, insan cəmiyyətində iki şey olar:

1. İman.

2. İctimai ədalət.

İmanın insan ruhuna müsbət təsirini heç kəs inkar edə bilməz. Zülmün isə vicdan narahatlığına və rahatlığı aradan aparmasına hamımız şahidik. Allah Təala Quranda buyurur: “İman gətirib imanlarını zülmə qarışdırmayanlar(yaradılışın başlanğıcına olan etiqadı dualizm və ya üç üqnuma əqidəsi, yaxud çoxtanrılıqla, yaxud da qəlbi etiqadları əməli itaətsizliklə qarışdırmayanlar) üçün əmin-amanlıq vardır və onlar hidayət olunmuşlardır”. (“Ənam” 82).

Uca Allah yenəbuyurur: “Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi Yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir”. (“Nur” 55).

Allah Təala o kəslərə ki, imana malikdir və saleh əməllər yerinə yetirirlər – əmin-amanlıq vədəsi vermişdir. Ona görə də o kəs ki, mənəvi təhlükəsizliyə çatmaq istəyir, gərək Allaha iman bəsləsin. Zülm sayılan bütün kəbirə və səğirə günahlardan uzaq olsun. İman o zaman zahir olar ki, insan kəbirə günahlardan çəkinər. Quran buyurur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik”. (“Nisa” 31).

Təbiidir ki, o kəs ki, kəbirə günaha düçar olar, rahatlıq yerinə bədbəxtlik hiss edər. Həmin günahın cəzasından qorxar və əzab çəkər. Əgər insan iman cəhətdən güclü olarsa müstəhəblərə əməl edib, məkruhlardan çəkinərsə – mənəvi təhlükəsizliyə çatar. Daha az bədbəxtlik hissi keçirər.

İnsana mənəvi təhlükəsizlik verən amillərdən biri – Allaha pənah aparmaqdır. İnsanın həmişə pənah aparacağı yeri olmalıdır. Çünki insan bu dünyada özünü zəif və aciz hiss edər və qorxu bütün varlığını bürüyər. Ona görə də insan əgər Allaha pənah apararsa, təhlükəsizlik hiss edər, çünki Allahdan savayı insan üçün başqa pənah yeri yoxdur. Allah insanı yaratmışdır və bütün işlərin idarəsi Onun əlindədir. Allah insanın bütün ehtiyaclarını təmin edə bilər. Hər bir qorxu və şəri insandan dəf edə bilər. Bundan başqa, Allah tək olan Məbuddur və şəriki yoxdur. İnsan əgər Allaha pənah apararsa və başqasına ümid bəsləməzsə, Allah həmişə onun əlindən tutar və büdrəməsinə imkan verməz.

Əmirəl-möminin (ə) Allaha belə dua edərdi: “Allahım! Sənin qəzəbindən və qəzəbinin enməsindən Sənə pənah aparıram”.

Ona görə də ümidimiz ancaq Allaha olsun və eyni zamanda da Allaha qarşı xofumuz olsun. Çünki həqiqi mömin o kəsdir ki, həm ümid bəsləyər, həm də qorxar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

HƏZRƏT ÜMMÜL BƏNIN

Əli ibn Əbu Talib əleyhissalam qardaşı Əqil ilə məsləhətləşib ondan istədi ki, həzərətə elə bir nəsildən xanım tapsın ki, şücaətli övladlar dünyaya... Davamı..

Heç bir şey SALAVAT qədər dərdimə dəymir

Heç bir şey SALAVAT qədər dərdimə dəymir İrfan və mərifət yolunun saliki, rəbbani alim, Həzrət Ayətullah Seyyid Bəhauddini (r.ə) buyurub: Üç şey... Davamı..

Bu duanı unudanda QƏZA etməlisən

İmam Sadiq (ə) buyurur ki, Günəş çıxmamışdan və batmamışdan öncə bu zikri və duanı 10 dəfə oxumaq dəyişilməz bir sünnədir. Əgər unutsanız... Davamı..

Zikr, yəni yada salmaq, xəbərsiz qalmamaq və unutmamaq

Zikr, yəni yada salmaq, xəbərsiz qalmamaq və unutmamaq Zikr yada salmaqdır. Yada salmaq xəbərsiz olmağın əksidir. Allahdan, vəzifə məsuliyyətindən xəbərsiz olmamaq, maddi... Davamı..

Allah qarşısında kiçilmək və təzim

Duanın əsas məqsədi nədir? Rəbb qarşısında kiçilməkdir. Duanın əsası budur. Peyğəmbərin (s) belə buyurduğu nəql olunub: “Dua ibadətin məğzidir”.[1] Çünki duada Rəbbə... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..