Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Avqust 12:14
Şərh Yoxdur
2834

Mələklər nəyi saymaqda acizdirlər?

Bəzi ibadətlər vardır ki, Allah onların savabı üçün hədd təyin etməmişdir və bu ibadətlərin savabı sonsuzdur.

1. Camaat namazı. Hədislərdə oxuyuruq ki, o camaat namazında ki, 10-dan çox insan iştirak edər, Allah Təaladan başqa heç kəs onun savabını bilməz. Yəni, savabı sonsuz olar. Əgər namazı məsciddə iqamə edərsə, savabı daha da artar. Peyğəmbər (s) buyurur: “Hər kim Məscidul-haramda bir vacib namaz qılar, Allah Təala namazın ona vacib olduğu gündən qıldığı namazlarını və ömrünün axırına qədər qılacağı namazları bu namazın bərəkətinə görə qəbul edər”. (Tebyan/Deyerler)

 

2. Gecə namazı. İmam Sadiq (ə) buyurur: “O yaxşı işi ki, insan imanla yerinə yetirər – savabı Quranda zikr edilmişdir, gecə namazından başqa”. “(Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər. Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!”. (“Səcdə” 16-17).

 

3. Oruc. Allah Təala buyurur: “Oruc Mənim üçündür və Mən də onun mükafatını verəcəyəm”.

 

4. Möminin hacətini yerinə yetirmək. İmam Sadiq (ə) buyurur: “O müsəlman ki, başqa müsəlmanın hacətini yerinə yetirər, Allah Təala ona buyurar: “Sənin əcr və savabın Mənim öhdəmdədir. Sənin üçün behiştdən azına razı olmayacağam””.

 

5. Peyğəmbərə (s) salavat göndərmək. Peyğəmbər (s) meracda olan zaman bir mələyə rast gəlir ki, o mələk yağışların damcılarının saydığını söyləyir. Dünyanın əvvəlindən axırına qədər nə qədər yağış damcısının yerə endiyini hesablamaq üçün məmur olduğunu bəyan edir. O mələk deyir: “Bir şeyi hesablamaqdan acizəm. O zaman ki, sizin ümmətiniz bir yerdə cəm olar və sizin mübarək adınız çəkilən zaman birlikdə salavat deyərlər, mən onun savabını saymaqdan acizəm”.

Hələ ki, fürsətimiz var, bu ibadətləri yerinə yetirməyə çalışaq və axirət azuqəmizi ağırlaşdıraq.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..