Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Avqust 16:25
Şərh Yoxdur
2294

Mələklər imam Hüseynə (ə) köməyə harada gəlmişdir? İmam (ə) Onları haraya çağırdı?

Şeyx Müfid «Məvlidun-nəbiyy və Məvlidul-övsiya» kitabında İmam Sadiqdəm (ə) rəvayət edir: İmam Hüseyn (ə) Məkkədən çıxan zaman bir dəstə mələk silahlanmış və behişt atlarına mindiyi halda o Həzrətin görüşünə gəlib ona salam verdilər. Qeyd etmək lazımdır ki, bu mələklər Allahın Rəsuluna (s) da kömək etmişdilər. Onlar İmam Hüseyn (ə) dedilər: «Ey Allahın höccəti, Allah-Təala müharibələrin çoxunda bizim vasitəmizlə cəddin Peyğəmbərə (s) kömək etdi, indi isə bizi sənin köməyinə göndəribdir». İmam Hüseyn (ə) onlara buyurdu: «Mənimlə sizin vədəgahımız Kərbala torpağıdır. Mən orada şəhid olacağam. Elə ki, mən Kərbala torpağına çatdım mənim yanıma gəlin». Mələklər dedilər: «Biz Allah-Təala tərəfindən sənin fərmanına itaət etməyə məmuruq. Əgər düşmənlərindən qorxursan biz də səninlə gələk?» İmam Hüseyn (ə) buyurdu: «Kərbalaya çatana qədər onlar mənə mane ola bilməyəcəklər».

Sonra cin möminlərindən bir dəstəsi İmam Hüseyn (ə) yanına gəlib dedilər: «Biz sənin şiə və kömkçilərinik, hər nə istəsən bizə əmr et, əgər əmr etsən, bütün düşmənlərini nabud edərik və sən də öz vətənində qalarsan. İmam Hüseyn (ə) onlara dua edib, buyurdu: «Məgər siz Quranı oxumayıbsınız ki, buyrur:

قُلْ لَوْ كُنْتُمْ فِي بُيُوتِكُمْ لَبَرَزَ الَّذِينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُ إِلَىٰ مَضَاجِعِهِمْ

«Xalqa de ki, öz evlərinizdə qalsanız da ölüm müqəddər olunmuş şəxslər öz qəbirlərinə doğru gedəcəklər».[1] Bəs, əgər mən öz evimə qalsam, bu bədbəxt xalq hansı vasitə ilə imtahan olunacaqlar və mənim qəbrimdə kim yatacaq? Halbuki, Allah-Təala yeri yaradan gün onu mənim üçün seçdi və bizim şiələrimiz üçün onu sığınacaq qərar verdi. Allah-Təala bizim dostarımızın əməllərini orada qəbul edir və onların dualarını eşidir. Bizim şiələrimiz həmin yerdə yaşayacaq, o dünya və axirətdə onlar əmin-amanlıq içində olacaqlar. Amma siz Aşura günü mənim yanıma gələrsiniz».

Başqa rəvayətdə nəql olunur ki, Həzrət onlara buyurdu: «Cümə gününün axırlarında mənim əhli-beytimdən, qohum-əqrabamdan, qardaşlarımdan bir nəfər də qalmayacaq və mənim başımı bədənimdən ayırıb Yezid üçün aparacaqlar. Həmin vaxt siz mənim yanımda hazır olarsınız». Cin tayfasının möminləri dedilər: «And olsun Allaha, sənin əmrinə itaət etmək vacib olmasaydı, düşmənlər sənə zərər vurmamışdan qabaq onların hamısını nabud edərdik». İmam Hüseyn (ə) buyurdu: «And olsun Allaha, onları öldürmək üçün bizim qüdrətimiz sizin qüdrətinizdən də çoxdur. Amma bizim nəzərimiz budur ki, hamı üçün höccət tamamlansın, təki, həlak olanlar höccət üzündən həlak olsunlar».

Sonra İmam Hüseyn (ə) yoluna davam edərək «Tənim» diyarına çatdı. Orada bir dənə karvanla rastlaşdı. Həmin karvan Yəmən hakimi Büheyr ibn Yəsarın hədiyyəsini Yezid ibn Müaviyə üçün aparırdı. İmam Hüseyn (ə) müsalmanların həqiqi rəhbəri olduğu üçün hədiyyəni alıb onlara buyurdu: «Hər kəs istəyirsə, bizimlə İraqa getsin, onun yol xərcini özüm ödəyəcəyəm və ona yaxşılıq edəcəyəm; hər kəs də qayıtmaq istəsə, gəldiyi yolun xərcini alıb qayıtsın. Onların bir dəstəsi İmam Hüseynlə (ə) getdi, başqa bir dəstəsi isə geri qayıtdı».

İmam Hüseyn (ə) «Zatul-irq» diyarına çatdı. Orada Bəşir ibn Qalib ilə görüşdü. Bəşir ibn Qalib İraqdan gəlirdi. İmam Hüseyn (ə) ondan soruşdu: «İraq camaatı nə işlə məşğuldur?» Dedi: «Qəlblərində səni sevirlər, lakin qılıncları Bəni-Üməyyəyə kömək edir». İmam Hüseyn (ə) buyurdu: «Düzdür, Allah-Təala hər nə istəsə, həyata keçirir və hər nəyi iradə etsə, hökm edir».

Karvan yenidən yola düşdü. Günorta idi. Kərvan «Sələbiyyə» diyarına çatdı. İmam Hüseyn (ə) qısa müddətli yuxuya daldı. Bir neçə andan sonra o Həzrət yuxudan ayılıb buyurdu: «Bir nəfər Hatifi[2] gördüm ki, deyirdi: «Siz sürətlə gedirsiniz və ölüm sizi sürətlə behiştə tərəf aparır». Başa düşdüm ki, sağ qalmaq üçün daha heç bir ümid yoxdur». İmam Hüseynin (ə) oğlu Əli-Əkbər atasına ərz etdi:

یا ابة  أولسنا على الحق ؟

«Ata can, məgər biz haqq deyilikmi?» İmam Hüseyn (ə) buyurdu: «Bəli, And olsun Allaha, biz haqq əhliyik». Əli Əkbər ərz etdi:

اذن لا نبالي بالموت

«Bir halda ki, haqq bizimlədir, ölümdən qorxumuz yoxdur». İmam Hüseyn (ə) oğlunun bu cür mərifətli olduğu üçün buyurdu: «Oğul can, Allah sənə savab versin». İmam Hüseynin (ə) karvanı həmin gecə «Sələbiyyə» diyarında qaldı.

 

www.ahliman.info

[1] «Ali İmran» sürəsi, ayə 154.

[2] Qeybdən səslənən şəxs.

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.

Bu gün qəməri təqvimi ilə rəbiüs-sani ayının 10-u yeddinci İmam Musa Kazımın (ə) qızı xanım Fatimeyi-Məsumənin(s.ə) vəfat günüdür. İmam Rza (ə) bir... Davamı..

8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM SADİQİN (Ə) ŞƏXSİYYƏTİ Adi: Cəfər; Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq; Künyəsi: Əbu-Əbdillah; Atası: imam Mühəmməd Baqir... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət... Davamı..

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş... Davamı..

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..