Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 İyun 16:05
Şərh Yoxdur
5078

Küncə çəkilməli olanlar və olmayanlar

Allah-taalanın Musaya pıçıltı ilə buyurduqlarından biri bu idi: “Paltarın köhnə, qəlbin yeni olsun ki, yer üzünün əhalisi arasında az tanınmış, səma əhli arasında məşhur olasan.” [1]

 

Həzrət Rəsulullah (s) buyurub: “Küncə çəkilmək ibadətdir.” [2]

 

Həzrət imam Əli (ə) buyurub:

“Tənhalıq ibadət əhlinin asayişdir.” [3]

“Camaatdan ayrılan, pak Allahın həmdəmi olar.”[4]

“Hər kim camaatdan kənara durdusa, zərərlərindən amanda qalar.”[5]

 

 Guşənişinliyə səbəb olanlar

İmam Sadiqdən (ə) guşənişinliyin səbəbləri barədə soruşdular. O Həzrət buyurdu: “Zəmanə korlanmış və qardaşlar dəyişmişlər. Buna görə də qəlb rahatlığını tənhalıqda tapdım.” [6]

 

İmam Əskəri (ə) buyurub: “Camaatdan kənara çəkilmək, onları tanımağın həddi ilə əlaqəlidir.”[7]

 

Küncə çəkilməməli olan kimsələr.

Həzrət Rəsulullah (s) buyurub:

 “Camaatla ünsiyyətdə olub onların əziyyətlərinə səbr edən mömin, camaatla ünsiyyətdə olmayıb, onların əziyyətlərinə dözməyən mömindən daha üstündür.” [8]

Həzrət Rəsuli-Əkrəm (s) İbadət üçün dağa getmək istəyən kişiyə xitabən buyurdu: “Sizlərdən biri, İslam dünyasının hansı bir nöqtəsindəsə, onun üçün çətin olana dözsə, bu onun qırx il təklikdə və xəlvətdə ibadətlə məşğul olmasından daha yaxşıdır.” [9]

 

www.ahliman.info

[1] əl-Kafi, c.8, səh.42, hədis 8.

[2] Əlamuddin, səh.341

[3] Ğurərul-Hikəm, hədis 661

[4] Ğurərul-Hikəm, hədis 8644

[5] Ğurərul-Hikəm, hədis 8151

[6] Biharul-Ənvar, c.47, səh.60, hədis 116

[7] Biharul-Ənvar, c.70, səh.111, hədis 14

[8] Kənzul-Ummal, səh.686

[9] -d-Durrul-Mənsur,  c.1, səh.161

Digər “Mənəviyyat ” Xəbərləri

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..