Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 İyun 12:49
Şərh Yoxdur
1674

“…Kufə məscidində gördüyün o şəxs imam Məhdi (ə) idi”

Müqəddəs Ərdəbilinin təqvalı, inanılmış və etibarlı şagirdlərindən biri belə hekayət edir:

Həzrət Əlinin (ə) hərəminin həyətində kiçik bir hücrəm vardı. Gecələrin birində mütaliəni başa vurub hücrədən çölə çıxdım. Gördüm ki, bir şəxs hərəmə yaxınlaşır. Öz-özümə dedim: Bəlkə, oğrudur. Beləcə yavaş-yavaş ardınca düşdüm, belə ki, mən onu görür, o isə məni görmürdü. Gəlib hərəmin qapısının qarşısında dayandı. Birdən qıfıl yerə düşdü və qapı açıldı. Ardınca ikinci qapı da açıldı. O şəxs zərihə yaxınlaşıb salam verdikdə qəbirdən salamın cavabını eşitdim. Səsindən tanıdım ki, öz ustadımdır. Sonra o İmamla (ə) danışmağa başladı. İmamdan (ə) elmi bir məsələ haqda nə isə soruşurdu. Sonra hərəmdən çıxıb şəhərdən xaric oldu və Kufə məscidinə tərəf yollandı. Mən də dalınca getdim. O, hələ də məni görmürdü. Kufə məscidinin mehrabına yaxınlaşdığım zaman səsini eşitdim ki, bir şəxsə həmin məsələ haqda danışır. Sonra oradan çıxıb Nəcəfə yollandı. Mən də arxasınca yola düşdüm. Nəcəfin darvaza qapısına çatanda artıq səhər açılırdı. Amma o, hələ də məndən xəbərsiz idi. Ona yaxınlaşıb dedim:

Mən əvvəldən axıradək sizinlə idim. Hərəm və Kufə məscidində sizinlə danışanın kim olduğunu mənə söyləyin. O, mənimlə əhd kəsdi ki, sağlığında bu haqda heç kimə bir söz deməyim. Sonra belə dedi:

Ay oğul, bəzən məsələlərin düz və ya səhv olması məndə şübhə yaradır. Buna görə də, çox vaxt, gecələr Həzrət Əlinin (ə) qəbri üstə gedib həmin məsələni İmamdan soruşuram və o da cavab verir. Bu axşam o həzrətdən bir məsələni soruşdum. Həzrət Əli (ə) məni İmam Mehdinin (ə) yanına göndərdi. Dedi ki, bu gecə övladım Mehdi (ə) Kufə məscidində olacaq. Onun hüzuruna gedib bu məsələni ondan soruşarsan. Kufə məscidində gördüyün o şəxs İmam Mehdi (ə) idi.[1]

 

www.ahliman.info

[1] Mirzə Məhəmməd Tonekaboni, “Qisəsul Uləma”, səh. 344

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..