Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Aprel 15:45
Şərh Yoxdur
3167

Koronavirus nəyin dərsini verir? – Ustad Qiraətinin tövsiyələri

Ustad Qiraəti koronavirus ilə bağlı bəzi tövsiyələr vermişdir. Belə ki, alim buyurur: “Bu macəra dünyanın 100-dən çox ölkəsinin başına gəlmişdir. Onu hər bir tərəfdən araşdırmaq lazımdır.

 

Birinci olaraq deməliyik ki, bu macəra – İlahi imtahandır.

Çətinliklər bizə həmişə Allahı yada salır. Bəyz əyyamında insanlar etikaf etmək istədilər, ancaq məsləhət oldu ki, etməsinlər. Allah ki, var!

Bəzi vaxtlar müsibətlər insanların qürurunu azaldır. Çünki çox sayda insan vardır ki, “Mən, mən!” deyir. Ona görə də bu cür “Mən, mən!” deməklər azalmalıdır.

Bəzən çətinliklər ona görədir ki, insanlar dua üçün əllərini göyə qaldırsınlar. Ona görə də bu müsibətlərin bərəkəti vardır. Bəzən xəstələr xəstəliklərinə görə nalə çəkib ağlayaralar. Allahı yada salar və Ona yalvararlar. Bunlar da müsibətin bərəkətindəndir.

 

Belə bir şəraitdə pis yaxşıdan ayrılar. Bu çətinliklərdə tərəqqi vardır. Biz bu dünyaya gəlməmişik ki, həmişəlik burada qalaq? Axı, nəhayət bir gün getməliyik.

 

Bu gün bizim vəzifəmiz budur ki, mövcud olan bütün imkanlardan istifadə edək. Bir-birimizə yardım edərək, çətinliyə qalib gələk.

Bəziləri vardır ki, xəstələrə ən əziz insanları kimi xidmət göstərirlər. Lakin bəziləri də vardır ki, insanlardan tibbi ləvazimatları əsirgəyirlər.

Bu gün düşünməliyik ki, bu çətinlik hamı üçün vardır. Çox sayda ölkələr onunla mübarizə aparmaqdadır.

 

İkincisi isə qəlbimiz Allahı yada salmaqdan uzaq olmamalıdır.

Elə insanlara rast gəlirik ki, ömür boyu məscidə addım atmayıblar. Ancaq bu virus yayılandan bəri məsciddən çıxmırlar.

 

İmam Səccad (ə) Allaha belə dua edir: “Allahım! Bil

mirəm ki, xəstəliyim Sənə daha çox yaxınlaşmağıma səbəb olar, yoxsa sağlamlığım?”.

 

Evdə əyləşmək kimi tövsiyələrə qulaq asın və vaxtınızı bərəkətli keçirin. Quran oxuyun, kitab mütaliə edin, müxtəlif dillər öyrənin…

İnsan bu hadisədən fürsət kimi istifadə edib, xeyir işlər görə bilər.

 

Bütün xəstələr üçün sağlamlıq arzu edir və Allahdan bağışlanma istəyirəm. Belə əyyamlarda sədəqə verin, dua edin, qurban nəzir edin.

Bu cür əməllər xəstəlikləri dəf edər”. (Həvzəh/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..