Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Noyabr 14:11
Şərh Yoxdur
3359

Kişinin ailədəki 3 əsas vəzifəsi

İmam Sadiq (ə) buyurur: “Kişi ailədə ailəsinə qarşı üç sifətə riayət etməyə ehtiyaclıdır, baxmayaraq ki, təbiətində olmasa belə:

1. Xoş rəftar.

2. Ölçüsündə olan əliaçıqlıq.

3. Təmkinlə birlikdə olan qeyrət”.

 

Onu da qeyd etmək lazımdır ki, xoş rəftar – insanın özünə geri qayıdar.

Müqəddəs dinimiz nəsillər arasında əlaqənin vacibliyinə diqqət çəkir.

İmam Sadiq (ə) buyurur: “Atalarınızla xoş rəftar edin ki, övladlarınız da sizinlə xoş rəftar etsin”.

 

Bəs dinimiz nəzərində ən gözəl evlilik hansıdır?

Həzrət Peyğəmbər (s) buyurur: “Ən yaxşı evlilik odur ki, ən asan yerinə yetər”.

 

Dinimizin nəzərində evlənməyən gənclərin oruc tutması məsləhətdir.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey cavanlar! Evlənin. Əgər evlənə bilməsəniz, oruc tutmağın sorağına gedin ki, oruc şəhvəti qurudar”.

 

O zaman ki, Allah bir ailə üçün xeyir istəyər…

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Allah bir ailə üçün xeyir istəsə, onları dində bilikli edər. Kiçiklər böyüklərinə hörmət edərlər. Həyatları mehriban olar, ruzilərini xərcləyən zaman etidala riayət edərlər. Onları eyiblərindən agah edər ki, onları aradan qaldırsınlar”.

 

Müqəddəs dinimiz xəbərdarlıq edir ki, ərini incidən qadının heç bir əməli qəbul olunmaz.

Həzrət Peyğəmbər (s) buyurur: “O qadın ki, ərini dili ilə incidər, Allah ondan heç bir malı və xeyir işi qəbul etməz, o zamana qədər ki, onu razı salar. Baxmayaraq ki, gündüzləri oruc tutar və gecələri ibadətlə məşğul olar, qul azad edər. Atəşə daxil olan ilk kəslərin zümrəsindən olar. Həmçinin kişilər üçün də eynidir, əgər xanımlarına zülm edirlərsə”.

 

Bəs bir kişinin səadəti nədir?

İmam Səccad (ə) buyurur: “Kişinin səadəti odur ki, öz şəhərində ticarət edər, şərikləri və müştəriləri saleh və yaxşı insanlar olar. Həmçinin elə övladlara malik olar ki, ona yardım edərlər”.(Tebyan/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..