Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 İyul 15:41
1 Şərh
4503

Kimlər İmam Zaman ağa (ə.f) ilə rabitədədir?

Qeyb zamanında İmamla (ə.f) rabitə qurmaqla bağlı iki nəzəriyyə vardır: bir dəstə qeyb zamanında İmamla (ə.f) rabitə qurmağın mümkünsüz olduğunu söyləyirlər. Bir dəstə isə deyir ki, bu rabitənin qurulması mümkündür.

İmamla (ə.f) rabitə qurmuş insanların təcrübəsindən belə nəticəyə gəlmək olur ki, rabitənin bir neçə növü olur:

1. Həzrəti (ə.f) tanımadan yaranan rabitə.

2. Həzrəti (ə.f) hissi və zahiri olaraq görən və tanıyan rabitə.

3. İmamla (ə.f) şuhud halında görüşmək.

Üçüncü rabitə bir qədər aydın görünmədiyinə görə, deyə bilərik ki, belə rabitə xüsusi insanlara aiddir. Yəni, xüsusi məqama malik olan alimlərə. İmamla (ə.f) görüşlərin əksər hissəsi ikinci cür, yəni zahiri və hissi görüşlər olmuşdur.

İmamla (ə.f) şuhudi rabitə quran alimlərə Ayətullah Seyyid Əli Ağayi Qazini, Ayətullah Ənsari Həmədanini misal çəkmək olar ki, bu rabitə daha çox batini rabitə olmuşdur.

Mərhum Muhəddis Nurinin “Ənnəcmul saqib” kitabında İmamla (ə.f) görüşən bəzi alimlərin rabitəsinə işarə edilmiş və bu rabitənin qurulmasının mümkün olması dəlillərlə sübut edilmişdir. Bu kitabda Müqəddəs Ərdəbilinin, Seyid Bəhrul-ulumun, Seyyid ibni Tavusun görüşlərinə işarə edilmişdir.

Hədislərimizdən belə nəticəyə gəlmək olur ki, elə insanlar vardır ki, onlar İmamla (ə.f) daima rabitədədir, ancaq bu insanlar başqa insanlar üçün həmişə tanınmaz qalırlar.(Tebyan/Deyerler)

İmam Baqir (ə) buyurur: “Bu Əmrin Sahibi (ə) çarəsiz uzaqlaşmalıdır. O, uzaqlaşma zamanında çarəsiz gücə və qüdrətə malik olmalıdır. Birlikdə olduğu 30 nəfərlə tənhalıqdan çıxar və heç bir qorxusu olmaz”.

Başqa hədislərimiz deyir ki, o zaman ki, bu insanlardan biri ölər, bir başqası onun yerini alar. Bəzi hədislərimiz isə buyurur ki, İmamla (ə.f) daima rabitədə olan insanlar içərisində Həzrət İsa (ə), Xızr (ə), İlyas (ə) və İdris (ə) də vardır ki, İmamın (ə.f) ən yaxın insanları hesab olunurlar.

Həzərt Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, İmamın (ə.f) ətrafında olan bu insanlar bu xüsusiyyətlərə malikdirlər:

1. Qəlbləri Həzrət İbrahimin (ə) qəlbi kimidir.

2. İnsanların başının üstündə olan qalxandırlar və Allah onların vasitəsilə bəlaları insanlardan uzaqlaşdırır.

3. Onlara zülm edən kəslərə qarşı yaxşılıq və ehsan edərlər. Haqlarında pislik edənlərə qarşı fədakarlıq göstərərlər. Həmişə Allahın qəzasına razıdırlar. Hər bir haramdan özlərini pak ediblər. Allah üçün qəzəblənərlər.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM SADİQİN (Ə) HƏYATI

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında... Davamı..

Cismlərinin qidalanmasında ciddi və diqqətlidirlər, amma…

İmam Həsən (ə) buyurmuşdur: عَجَبٌ لِمَنْ يَتَفَكَّرُ في مَأكُولِهِ كَيْفَ لا يَتَفَكَّرُ في مَعْقُولِهِ فَيُجَنِّبُ بَتْنَهُ ما يُوْذِيهِ وَيُودِعُ صَدْرَهُ ما يُرْدِيهِ... Davamı..

Yarışın finalı

İmam Həsəni-Müctəba (ə) FİTR bayramı günü oynayan, zarafatlaşan və gülən bir qrup insanı görərkən buyurdu: إنّ اللّه جعل شهر رمضان مضمارا لخلقه،... Davamı..

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Bu gün hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..

Bu gün həzrət imam Rzanın (ə) şəhadət günüdür

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid... Davamı..

Bu gecə islam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günü daxil olur

 Hicri-qəməri tarixi ilə sabah Səfər ayının 28-i, İslam peyğəmbəri həzrət Məhəmmədin (s) vəfatının ildönümü və O həzrətin əziz nəvəsi İmam Həsənin (ə) şəhadət... Davamı..