Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 May 21:50
Şərh Yoxdur
4505

İstihlal Mərkəzi Şəvval ayının hilalını gördü. Fitr bayramınız mübarək!

Bu gün Ramazan ayının 29-dan 30-na keçən gecə “İstihlal Mərkəzi” ənənəvi olaraq 150 qrup müxtəlif yerlərdən müşahidlər aparıb.

Apardıqları müşahidə nəticəsində Şəvval ayının hilalını görüb və Ayətullah Xameneiə təqdim ediblər. Ayətullah Seyid Əli Xamenei  Fitr bayramını may ayının 13-ü olduğunu elan edib.

Bütün Müsəlmanları Fitr bayramı münasibəti ilə təbrik edirik. Allah ibadətlərinizi qəbul etsin.

 

Bayram gecəsinin və gününün  mühüm əməlləri aşağıdakılardır:

1. Bayram gecəsi.

Mübarək Ramazan ayından Şəvval ayına keçən gecə (Şəvvalın 1-nin gecəsi) çox bərəkətli və olduqca fəzilətli gecələrdəndir. Bu gecəni əhya saxlamaq (oyaq qalmaq) və ibadət etmək əziz dinimiz tərəfindən çox bəyənilmiş əməllərdəndir. Bu gecə aşağıdakı əməlləri həyata keçirmək tövsiyyə edilir:

1. Müstəhəb qüsl almaq;

2. Sübhə qədər əhya saxlayıb, ibadət etmək;

3. Məğrib, işa, sübh namazlarından, eləcə də bayram namazından sonra bu duanı oxumaq:

“Əllahu əkbər, Əllahu əkbər. Lə iləhə illəllah. Vəllahu əkbər, Əllahu əkbər və lilləhil həmd. Əlhəmdulilləhi alə mə hədənə və ləhuş-şukru alə mə əvlənə”.

4. İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq;

5. 10 dəfə bu duanı oxumaq:

“Yə dəiməl-fəzli aləl-bəriyyəti yə bəsital-yədeyni bil-ə’tiyyəti yə sahibəl-məvahibis-səniyyəti salli alə Muhəmmədin və əlihi xayril-vəra səciyyətən vəğfir lənə yə zəl-alə fi həzihil-ə’şiyyəti”.

(Qeyd: Bu duanı eləcə də il boyu, hər cümə axşamı oxumaq müstəhəbdir).

 

2. Bayram günü.

1. Bayram namazı qılınanadək fitrə zəkatının ayrılıb verilməsi; bayram namazını qılmamış şəxs, bu zəkatı zöhr azanınadək verməlidir. İmkanı olan şəxs üçün, fitrə zəkatının verilməsi təkid olunmuş vacib əməllərdəndir. Bu, ictimai, iqtisadi faydalarla bərabər, orucun qəbul olunmasına, bədənin və canın 1 il ərzində xoşagəlməz hadisələrdən sığortalanmasına səbəb olan amillərdən sayılır;

2. Bayram qüslünü almaq, yeni paltar geyinmək, ətirlənmək.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..