Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Mart 10:41
Şərh Yoxdur
3613

İstiğfar üçün ən yaxşı zaman hansıdır? – Ayətullah Behcətin nəzəri

Ayətullah Behcət buyurur: “Kamil etiqadla çoxlu deyin: “Əstəğfirullah”. Heç bir şey sizi bu işdən ayırmasın, o zamana qədər ki, bütün bəlaların aradan gedər, məgər vacibat və zərurətdən başqa. Bəlkə onlar aradan qalxandan sonra belə, deyəsiniz ki, misal üçün geri qayıtmasın”. (Tebyan/Deyerler)

 

Günah elə bir pərdədir ki, bəndə ilə Allah arasında hayil olar, bəndə ilə Allahın rabitəsini kəsər. Bu rabitənin yenidən bərpa olması üçün istiğfar və tövbə etmək zəruridir. Əlbəttə ki, istiğfar ancaq günahların aradan getməsinə xidmət etməz, həm də bəndənin Allah yanındakı dərəcəsini qaldırar və onu bir çox xatalardan qoruyar.

 

“Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. (“Nur” 31).

 

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim çoxlu istiğfar edərsə və Allahdan üzr istəyərsə – Allah hər qüssəddən onun üçün genişlik qərar verər, hər sıxıntıdan çıxmaq üçün çıxış yolu qoyar və ona güman etmədiyi yerdən ruzi verər”.

 

Əmirəl-möminin (ə) buyurur: “İstiğfar və bağışlanma istəməklə Allahdan özünüzü ətirləndirin ki, günahın pis iyi sizi rüsvay etməsin”. Bəlli olur ki, günah insandan pis qoxunun gəlməsinə səbəb olur. İnsan nə qədər özünü aldatsa da, günahın üfunəti insanı ifşa edir.

 

Dinimiz istətir ki, insan xəta etdikdə, qəflətə düşüb günah etdikdə dərhal tövbə etsin. Həzrət Peyğəmbər (s) buyurur: “Xoş olsun o kəsin halına ki, Qiyamət günü əməl dəftərində hər günahın altında istiğfar olar”.

 

Bəs istiğfar üçün ən yaxşı zaman hansıdır?

Ayətullah Behcət və mərhum Şeyx Abbas Qumi kimi alimlərin nəzərinə görə, istiğfar üçün ən yaxşı zamanlar cümə gününün səhər çağı, həmçinin sübh və əsr namazlarının təqibatlarından sonra edilən istiğfarlardır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..