Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 Yanvar 16:50
Şərh Yoxdur
3252

İstehza olunan cavanın İmam Zaman ağa (ə.f) ilə görüşməsi

Molla Əli Rüşti nəql edir: “Kərbəla ziyarətindən qayıdırdıq və bir qayığa mindik ki, yerli əhalindən də ora minənlər var idi. Onlar zarafat edir və gülürdülər. Bir cavana istehza edirdilər. Ancaq cavan öz sükutunu qoruyub, onlara cavab vermirdi. Təəccüblüsü budur ki, yemək süfrəsi açılan zaman onların yanına gəldi və onların süfrəsində əyləşdi. Mən bu işdən çox təəccübləndim və fürsət axtarırdım ki, həqiqəti öyrənim.

 

Qayıq elə yerə çatdı ki, çayın suyu orada az idi. Çarəsiz hamı aşağı düşdü və piyada getməyə başladılar. Bu zaman özümü həmin cavana çatdırdım və onların bu istehzasının səbəbini soruşdum.

 

Cavan dedi: “Onların hamısı mənim qövmündəndirlər və əhli-təsənnündürlər. Atam da o məzhəbdədir. Ancaq anam Əhli-Beyt (ə) davamçısıdır və İmamları (ə) çox sevir. Özüm Hillədə yaşayıram və peşəm də yağ satmaqdır. Macəram o zamandan başlayır ki, yağ almaq üçün karvanla birlikdə səfərə çıxdım. Geri qayıdan zaman karvanla birlikdə bir səhrada istirahət üçün endik. Bu zaman yuxu mənim apardı və ayılan zaman gördüm ki, karvan getmişdir.

Hər yer səhra idi və hava çox isti idi. Mən bu yeri tanımırdım və qorxu məni bürüdü. Qarşıda məni gecə gözləyirdi, mən ac və susuz idim.

 

Yağları qoyub, yoluma davam etməyə başladım. Səhranın birini geridə qoyan zaman, o birisi gəlirdi. Sanki heç yol getmirdim. Suzuzluq məni əldən salmışdı. Bu zaman öz-özümə dedim ki, böyüklərə təvəssül edim və onlardan yardım istəyim. Mən əhli-təsənnün məzhəbində olduğum üçün, bir-bir alimlərin adını çəkdim və yardım istədim, ancaq xəbər olmadı.

 

Anidən yadıma düşdü ki, anam deyərdi: “Bizim bir İmamız (ə) var ki, onu nə zaman çağırsan – sənə cavab verər. Hər kim ondan yardım istəsə – ona yardım edər”.

Onu tanımırdım, ancaq anamın sözlərinə inamım var idi.

 

Allahımla əhd bağladım ki, əgər həmin ağa mənə yardım etsə, Əhli-Beyt (ə) məzhəbini qəbul edəcəyəm.

Nalə çəkib dedim: “Ya Əba Saleh Məhdi (ə)! Ədrikni!”.

 

Adından o qədər xoşum gəldi ki, susuzluğu unutdum və bu zaman onun gəldiyini hiss etdim. Məni sirab etdi və özümə gəldim. Mənə buyurdu: “Əhli-Beyt (ə) davamçısı ol!”.

Sözlərindən çox şey öyrəndim. Ancaq onun getməsini istəmirdim, o Həzrət (ə.f) bunu hiss edib, buyurdu: “İndi minlərlə çarəsiz məni gözləyir və mən onlara tərəf getməliyəm”.

 

Bu sözlərdən sonra heç kəsi görmədim. Özümü bir ağacın altında gördüm ki, ətrafından bulaq axırdı və hər yer abadlıq idi””. (Həvzəh/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..