Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Noyabr 11:16
Şərh Yoxdur
2833

İslam Peyğəmbərinin (s) besətdən əvvəlki dini hansı din idi?

Əgər tarixə nəzər salsaq, görərik ki, İslam Peyğəmbəri (s) heç bir zaman bütlərə səcdə etməmişdir. Bəs Həzrət (s) hansı dində idi?

Bu mövzu haqqında alimlərin nəzəri müxtəlifdir. Belə ki, bəzilərinin nəzərinə görə Peyğəmbər (s) besətdən əvvəl Həzrət İbrahim (ə) dininin davamçısı idi. Çünki, Həzrət İbrahim (ə), “Peyğəmbərlərin (ə) atası” adını almışdır. Bəzi Quran ayələri də İslam dinini, İbrahim dini kimi tanıtmışdır.

Amma daha mötəbər mənbələrə istinadən bildirilir ki, Həzrət Peyğəmbər (s) Allah tərəfindən tərbiyə olmuş insan olduğu üçün bütün əmr və göstərişləri birbaşa Allahdan alırdı. Əslində özünəməxsus bir dinə malik idi, o zamana qədər ki, İslam dini ona nazil oldu.

Bu deyilənlərə şahid olaraq, “Nəhcul-bəlağə”də nəql olunan hədisi göstərmək olar ki, buyurulur: “Allah o zaman ki, Peyğəmbəri (s) süddən ayırdı, ən böyük mələyini onun munisi etdi ki, gecə və gündüz onu məkarim və gözəl əxlaqa tərəf sövq etsin”. (Həvzəh/Deyerler)

Heç bir tarixi mənbədə zikr olunmamışdır ki, Həzrət Rəsuli-Əkrəm (s) yəhudi və ya xristian dininə uyğun ibadət etmişdir. O Həzrət (s) heç bir zaman bütpərəst və ya dinsizlərin də yanında olmamışdır.

Əllamə Məclisinin “Buharul-ənvar”da nəql etdiyi hədislərdə də Həzrətin (s) Ruhul-qudus tərəfindən tərbiyə aldığına aid hədislər mövcuddur. Mələklər onunla söhbət edərdilər, bəzən də sadiq yuxularına girərdilər.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..