Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Mart 14:49
Şərh Yoxdur
2419

İslam dinində qız oğlana elçilik edə bilərmi?

“O iki qadından biri dedi: «Atacan, onu(muzdla) işə götür, çünki (bu) güclü və etibarlı (adam)muzdla tutduqlarının ən yaxşısıdır». (Şüeyb) dedi: «Mən bu iki qızımdan birini sənə ərə vermək istəyirəm. Bunun müqabilində isə (mehriyyə belədir ki,)sən səkkiz il (ev işlərinin idarə olunması, ya heyvanların otarılması üçün) mənə xidmət edəsən. Əgər on ili tamamlasan, ixtiyar səninlədir və mən səni çətinliyə salmaq istəmirəm. İnşəallah, məni(m) salehlərdən (olduğumu) görəcəksən». (“Qəsəs” 26-27).

 

İslam dininin nəzərinə görə, qadın və ya qadının ailəsi kişiyə elçilik edə bilərmi?

Əhkamın nəzərinə görə, qadının kişiyə elçilik etməsinin heç bir maneəsi yoxdur. Şuəybin (ə) öz qızlarına görə Musaya (ə) elçilik etməsi də təəccüblü mövzulardan deyildir. Ancaq dinimizin nəzərinə görə, bu iş mübah hesab olunsa da, lakin insan gərək yaşadığı yerin ürfünə və adətinə riayət etsin.

 

Bizim yaşadığımız mühitdə adətən qızın oğlana elçilik etməsi bəyənilən mövzulardan hesab olunmur. Hətta bəzən əks nəticələr belə göstərir.

Ona görə də ürfün buyurduğu kimi, oğlanın qıza elçi gəlməsi daha yaxşı olar.

 

Başqa bir tərəfdən isə, oğlanlar belə ruhiyyədə tərbiyə alırlar ki, əgər hətta onlara on dəfə mənfi cavabı verilsə belə, adətən dərin stress və ya şok vəziyyətinə düşməzlər. Ancaq əgər bunun əksini düşünsək, görərik ki, bir qızın ailəsinin oğlanın ailəsi tərəfindən mənfi cavab alması onlara nə qədər ruhi zərbə endirə bilər. (Hədənə/Deyerler)

 

İmam Sadiq (ə) Adəmlə (ə) Həvvanın yaradılışı barəsində hədis nəql edən zaman buyurmuşdur: Allah Təala buyurur: Onu sənin həyat yoldaşınqərar verirəm.

Adəm Həvvaya deyir: Yanıma gəl.

Həvva deyir: Bəlkə sən gələsən?”.

Allah Təala Adəmə əmr edir ki, sən onun yanına get.

Əgər Allah Adəmə belə bir əmr verməsəydi, gərək qadınlar kişilərə tərəf gedib, elçilik edərdilər”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..