Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 Noyabr 11:25
Şərh Yoxdur
3484

İslam dinində hamama getməyin ədəb qaydaları

Bədənin gigeyenası İslam dininin əhəmiyyət verdiyi ən mühüm mövzulardandır. İslam dininin təmizlik və paklıq ilə sıx əlaqəsi vardır.

 

Məsum İmamlarımız (ə) bizə bu sahədə tövsiyələr vermiş və salamatlığımıza ziyan dəyməməsi üçün bizə yollar göstərmişdilər. İmam Rza (ə) təmizlik və paklığın yollarından birini hamama getməkdə görür və onun ədəb qaydaları ilə bizi tanış edir.

 

Əziz İmam (ə) buyurur: “Hamamın çoxlu faydaları vardır. İnsan məzacını mötədil edər, çirki və və pisliyi aradan aparar. Bədəndə olan kiçik və böyük damarları yumşaldar. Əzaları gücləndirər. Bədən artıqlarını məhv edər. Üfunəti aradan aparar”.

 

Həzrət İmam Rza (ə) başqa yerdə buyurur: “Hər kim istəyirsə dərisində sızaq olmasın, isti suya girməzdən əvvəl bədəninə bənövşə yağı yaxsın”.

 

İmam Rza (ə) buyurur: “Nə zaman hamama getmək istəsən və başında narahatlığın olmasını istəmirsənsə, hamama girməzdən əvvəl beş qurtum isti su iç. Bunun sayəsində Allahın izni ilə baş ağrısından amanda olacaqsan”.

 

İmam Əli (ə) hamamı yaxşı ev adlandırmış və buyurmuşdur ki, insan orada cəhənnəmi xatırlayar və çirki özündən uzaqlaşdırar.

 

İmam Kazım (ə) buyurur: “Hər gün hamama getmək böyrək piyini suya çevirər”. (Ona görə də Həzrət hər gün hamama getməyi tövsiyə etməmişdir).

 

İmam Sadiq (ə) buyurur: “Hamamdan çıxan zaman ayaqlarınızı yuyun ki, baş ağrısını aradan aparar. Çıxan zaman əmmamə qoyun”. (Yəni, başınızı bağlayın).

 

Həzrət İmam Sadiq (ə) başqa yerdə buyurur: “Yağ dərini yumşaq və ağlı çox edər. Bədənin su yollarını paklayar və bədənin çirkini aradan aparar. Bədən dərisinin rəngini açar”. (Beytutə/Deyerler)

 

İslam dininin hamama getməklə bağlı ədəb qaydaları vardır ki, onlarla tanış olaq:

 

1. Bir gündən bir hamama getmək, hər gün deyil.

2. Xüsusi zikri oxumaq.

3. Girən zaman isti suyu ilk olaraq başa və ayaqlara tökmək.

4. Hamama girməzdən əvvəl isti su içmək.

5. Hamamda soyuq su içməmək.

6. Soyuq su ilə çimməmək.

7. Hamamdan çıxan zaman ayaqlara soyuq su tökmək.

8. Hamamda saçları daramamaq və misvak etməmək.

9. Hamama ac halda girməmək.

10. Qarnı dolu halda da girməmək.

11. Oruc olan halda hamama getməmək.

12. Bədəndəki artıq tükləri təmizləmək.

13. Başı xətmi və sidr gülü ilə yumaq.

14. Hamamdan çıxan zaman başı bağlamaq.

15. Hamamda Quran oxumamaq.

16. Bədənə yağ çəkmək.

17. Hamamdan sonra iki rükət müstəhəb namaz qılmaq tövsiyə olunur.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..