Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Oktyabr 09:00
Şərh Yoxdur
5281

İntizarın dəyər və mükafatı

“İbadətlərin ən yaxşısı, həzrət Mehdinin (ə.f) zühurunun intizarıdır”.

Həzrət Mehdinin (ə.f) zühur intizarının dəyəri haqqında əlimizdə yüzlərlə hədis mövcuddur. Burada onların bir neçəsini oxucularımıza təqdim edirik:

 

Allahın Rəsulu həzrət Məhəmməd (s) buyurmuşdur: “İbadətlərin ən yaxşısı, həzrət Mehdinin (ə.fzühurunun intizarıdır”.

 

Bir şəxs həzrət Əlidən (ə) soruşdu: “Allah yanında ən sevimli iş nədir?” Həzrət onun cavabında buyurdu: “Həzrət Mehdinin (ə.f) zühurunun intizarı”.

İmam Sadiq (ə) buyurmuşdur:

“Həzrət Mehdinin (ə.f) imamətinə  etiqad bəsləməklə bərabər, onun intizarında olan halda vəfat edən şəxs, döyüş halında o həzrətin öz xeyməsində vəfat edən şəxs kimidir”.

 

Həmçinin  həzrət buyurmuşdur:

“On ikinci imam həzrət Mehdinin (ə.f) intizarında olan şəxs, Allah Rəsulunun hüzurunda qılınc çəkib, onun düşmənləri ilə döyüşən o həzrəti müdafiə edən bir şəxs kimidir”.



Həzrət Səccad (ə) buyurub: “Fərəc intizarını çəkməyin özü ən böyük qurtuluşlardandır”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..