Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Avqust 10:59
Şərh Yoxdur
5348

İntihar edən insanın Allah yanında günahı nə qədər ağırdır?

İmam Baqir (ə) buyurur: “Mömin mümkündür ki, hər bəlaya düçar olsun və hər növ ölümlə ölsün, ancaq intihar etməz”.

 

İmam Sadiq (ə) buyurur: “O kəs ki, bilərəkdən intihar edər, o, həmişə cəhənnəm atəşində olacaqdır”.

 

Əbu Səyid Xədəri nəql edir: “Müharibələrin birində Peyğəmbərin (s) kənarında idim və iş bölgüsü edirdik. Dostlarımızın arasında bir nəfər var idi ki, üç nəfərin işini yerinə yetirirdi. Yəni, həm odun toplayırdı, həm su gətirirdi, həm də yemək bişirirdi. Bu insanın fədakarlığı haqqında Peyğəmbərə (s) xəbər verirlər. Həzrət (s) buyurur ki, əslində həmin şəxs – cəhənnəm əhlindəndir. Çox təəccüb etdik.

Amma o zaman ki, müharibə başladı, həmin şəxs yaralandı. Yarasının şiddətli ağrısına görə bir nizə götürdü və özünü öldürdü.

Peyğəmbərimiz (s) buyurdu: “Şəhadət verirəm ki, mən Allahın rəsulu və Onun bəndəsiyəm””.

 

Həzrətdən (s) gələn başqa hədisdə oxuyuruq: “Hər kim özünü boğar, Allah onu Qiyamət günü cəhənnəm atəşinə atacaqdır”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim hansı vasitə ilə olursa-olsun intihar edərsə, Qiyamət günü ona həmin vasitə ilə əzab verəcəklər”. (Deyerler.org)

 

Quranda ayə vardır ki, intihar edənlərin cəzasına işarə edir. Bu ayədə buyurulur: “İntihar etməyin, bir-birinizi öldürməyin və özünüzü günah təhlükəsinə atmayın. Həqiqətən Allah sizə qarşı həmişə mehribandır. Onu (başqasının malını yeməyi və birini öldürməyi Allahın hökmünün) hədd(lərin)i aşmaq və (özünə və ya başqalarına) zülm üçün edən kəsi tezliklə (yandırıcı) oda salacaq və odun istiliyini ona daddıracağıq. Bu, Allaha asandır”. (“Nisa” 29-30).

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..