Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Fevral 09:01
Şərh Yoxdur
4178

İnsanlar Zəmanə Sahibini (ə.f) öz yanlarında bilsələr, yer və göy bərəkətlərini zahir edər

Allah Təala Qurani-Kərimdə buyurur: “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq”. (“Əraf” 96).

Bu ayəyə əsasən, yerin və göyün öz bərəkətlərini əsirgməsənin əsil səbəbi – insanların təqvasız olmaqlarıdır. Bu məsələnin İmam Zaman ağanın (ə.f) qeybi ilə sıx rabitəsi vardır. Çünki təqvasızlıq o zaman meydana gəlir ki, müsəlmanlar İmamlarından (ə) uzaq düşürlər. Müsəlmanlar Məsum İmamın (ə) sayəsində mərifətlərini və elmlərini artırır, təqvalarını gücləndirirlər.

İndi ki, zühur zamanı uzanmışdır, insanların qəlbi qəsavət bağlayıbdır və təqvasızlıq müsəlmanların ruhuna hakim olubdur.

“Fərəc” duasında Allaha yerin və göyün bərəkətlərini bizdən əsirgədiyi üçün şikayət edir və deyirik: “Allahım! Bəla və müsibətlərimiz artmışdır. Çarəsizliyimiz aşkar olmuşdur. Ümidimiz naümid olmuşdur. Yer və göy rəhmətini bizdən götürmüşdür”.

Bəli, qeyb əsrində İmamın (ə.f) uzaq olması insanların iman və təqvadan uzaqlaşmasına səbəb olmuşdur. Nəticədə isə təqvasızlıq sayəsində yerin və göyün zahiri və batini nemətlərindən məhrum olmuşuq.

Yuxarıdakı ayəyə əsasən, əgər Əhli-Beyt (ə) davamçıları İmam Zamanlarına (ə.f) diqqət etsələr, onu öz yanlarında hiss etsələr və təqvalı olsalar, insanların bu imanı sayəsində yer və göy öz bərəkətini nazil edəcəkdir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..