Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 May 18:32
Şərh Yoxdur
1451

İnsanın ruhunda bəsirətin əmələ gəlməsi üçün nə lazımdır?

Təqva və zöhd bir kökdəndirlər və insan təvqanın ən yüksək zirvəsinə çatan zaman zöhdə çatar. Təqva bəsirət çırağını yandırar, zöhd bu çırağın nurunu artırar. İnsan təkamül yoluna atdığı hər addımda bu yolun həqiqətlərini daha yaxşı dərk edər.

 

Hər bir yeni bilik insanı hərəkətə gətirir və təkamülə hazırlayır. Hər kim bu yolda dayanarsa, o zaman bərisət çırağı sönər. Hədilsərimizin dili ilə desək, əməl, elm və mərifətə səbəb olar. Elm və mərifət isə əməl olmadan davamlı olmaz.

 

Bəsirət çırağının həmişə yanılı qalması üçün ixlas lazımdır. İxlas dedikdə, yəni, insanın bu yoldakı hərəkəti ancaq Allah üçün olmalıdır.

Bəsirət yolunu davam etdirmək üçün ona təqva və zöhd lazımdır. Təqva ilə zöhdün isə əmələ ehtiyacı vardır. Əməlin isə mücahidəyə ehtiyacı vardır. Mücahidə o zaman insan bəsirətinə yardım edə bilər ki, ixlasla bir yerdə olsun.

 

Ona görədir ki, Həzrət Peyğəmbər (s) buyurur: “Əgər insan 40 gün ixlasla əməl edərsə, bəsirət gözü açılar. Hikmət bulaqları qəlbin bilik mənbələrində qaynayar və dilinə tərəf axar”.

 

Bəli, varlıq aləminin həqiqətlərini tanımağın dərəcə və mərtəbələri vardır. Onların ən aşağı dərəcəsinə qoşulmaq üçün isə ixlaslı olmaq lazımdır.

 

Başqa sözlə desək, əgər insanın əməli ixlaslı olarsa, o zaman insan ruhunda bəsirət çırağı alovlanar. Təqva, əməl, mücahidə vasitəsilə bu çıraq daha da aydın olar. İxlasla birlikdə aydınlığın ən son həddinə çatar. İnsan da onun işiğı sayəsində təkamülə çatar. (Həvzəh/Deyerler)

 

Ona görə də Qurani-Kərimdə buyurulur: “Ey (Allaha və keçmiş peyğəmbərlərə) iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə (Muhəmmədə (s)) iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay (bir pay ona iman gətirməyə görə, bir pay isə keçmiş peyğəmbərlərə iman gətirdiyiniz üçün) əta etsin, vasitəsi ilə yol (dünyada ictimai həyat yolunu, məhşərdə isə Cənnət yolunu) getməyiniz üçün bir nur versin və sizi bağışlasın. Allah bağışlayan və mehribandır”. (“Hədid” 28).

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..