Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 May 13:30
Şərh Yoxdur
4495

İnsanın illik taleyi həll olunan, günahların bağışlanıldığı və duaların yerinə yetdiyi gözəl gecə

İslam dinində bir neçə gecə vardır ki, fəziləti ilin qalan gecələrindən daha çoxdur. Bu gecələri fəzilətli edən odur ki, Allahın rəhmət qapıları açılar, bəndələrin etdiyi hər dua və istiğfar qəbul olunar, Allah o bəndələrinə lütf nəzəri salar. Belə bir dəyərli gecələrdən biri də Nimeyi-Şəban gecədir.

Cəbrayil Əmin (ə) bu gecə ilə bağlı Həzrət Peyğəmbərə (s) belə buyurur: “Ey Muhəmməd! Hər kim bu gecəni Allahı pak hesab edərək, yeganə olması və böyük olmasına görə zikr edər, Onunla münacat edər, namaz qılar, Quran oxuyar, müstəhəb namazlar qılar və səhərə qədər günahlarının bağışlanılmasını istəyər – behişt onun yeri olar. Allah bundan əvvəl yerinə yetirdiklərini və ya bundan sonra yerinə yetirəcəklərini bağışlayacaqdır”. (Tebyan/Deyerler)

İmam Əli (ə) bu gecənin əzəməti barəsində buyurur: “Təəccüb edirəm o kəsə ki, ilin dörd gecəsini yersiz keçirər: “Fitr bayramı gecəsini, Qurban bayramı gecəsini, Nimeyi-Şəban gecəsini və Rəcəb ayının ilk gecəsini”.

İmam Sadiq (ə) buyurur: “Bu gecə Qədr gecələrindən sonra ən üstün gecədir. Allah bu gecədə fəzlini bəndələrinə nazil edər, onların günahlarını bağışlayar. Ona görə də bu gecə Allaha yaxınlaşmaq üçün səy göstərin. Həqiqətən bu gecə – o gecədir ki, Allah Öz varlığına and içmişdir ki, onda arzu edənləri, bir halda ki, günahı arzu etməzlər – Öz dərgahından qovmasın”.

Kumeyl belə nəql edir: “Bəsrə məscidində Mövlamın yanında əyləşmişdim. Həzrətin bir dəstə tərəfdaşları da orada idilər. Onlardan biri soruşur: “Allahın bu kəlməsinin mənası nədir? “Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Qur’anın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır)”. (“Duxan” 4)”. Həzrət (ə) buyurur: “And olsun o Kəsə ki, Əlinin (ə) canı onun əlindədir, bəndələrə nazil olan hər bir yaxşı və pis hadisələr Nimeyi-Şəban gecəsindən ilin sonuna qədər bu gecədə bölünər. Elə bir bəndə yoxdur ki, bu gecəni əhya saxlasın, Xızr duasını oxusun, məgər o halda ki, duası qəbul olar”.

Bu hədislərdən belə nəticə çıxartmaq olar ki, hər bir insanın taleyi məhz bu gecədə yazılar, ancaq Qədr gecəsində təsdiq olunub həyata keçər. Ona görə də bu gecə hər bir insan üçün taleyini həll edən gecələrdəndir. Əgər qəflət olunarsa ziyan görər.

İmam Sadiq (ə) bu gecənin əməlləri barəsində buyurur: “Allaha dua və təsbih etmək üçün çalışın. Hər kim bu gecədə Allahı 100 dəfə təsbih (“Subhənallah”) edərsə və həmdini 100 dəfə (“Əlhəmdulilləh”) dilinə gətirərsə, 100 dəfə təkbirlə (“Əllahu Əkbər”) ağzını açarsa, 100 dəfə yeganə olduğunu (“Lə iləhə illəllah”) dilinə gətirərsə – Allahın bəndələrinə olan fəzl və rəhmətinə görə onun yerinə yetirdiyi bütün günahlarını bağışlayar, dünya və axirət istəklərini yerinə yetirər”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Heç bir şey SALAVAT qədər dərdimə dəymir

Heç bir şey SALAVAT qədər dərdimə dəymir İrfan və mərifət yolunun saliki, rəbbani alim, Həzrət Ayətullah Seyyid Bəhauddini (r.ə) buyurub: Üç şey... Davamı..

Bu duanı unudanda QƏZA etməlisən

İmam Sadiq (ə) buyurur ki, Günəş çıxmamışdan və batmamışdan öncə bu zikri və duanı 10 dəfə oxumaq dəyişilməz bir sünnədir. Əgər unutsanız... Davamı..

Zikr, yəni yada salmaq, xəbərsiz qalmamaq və unutmamaq

Zikr, yəni yada salmaq, xəbərsiz qalmamaq və unutmamaq Zikr yada salmaqdır. Yada salmaq xəbərsiz olmağın əksidir. Allahdan, vəzifə məsuliyyətindən xəbərsiz olmamaq, maddi... Davamı..

Allah qarşısında kiçilmək və təzim

Duanın əsas məqsədi nədir? Rəbb qarşısında kiçilməkdir. Duanın əsası budur. Peyğəmbərin (s) belə buyurduğu nəql olunub: “Dua ibadətin məğzidir”.[1] Çünki duada Rəbbə... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..