Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Oktyabr 14:28
Şərh Yoxdur
3034

İnsanın adı, onun taleyinə təsir qoya bilərmi?

Quran ayələrinə və hədislərə istinad edərək deyə bilərik ki, insanın adı taleyinə təsir qoya bilməz. Hədislərimiz bizə tövsiyə edir ki, övladlarımıza gözəl adlar qoyaq və pis adlardan çəkinək. Ona görə deyildir ki, həmin ad körpənin taleyini dəyişdirə bilər, ona görədir ki, insanın adı onun şəxsiyyətinin formalaşmasına təsir edir.

Həzrət Peyğəmbər (s) buyurur: “Övladın valideyn üzərindəki haqqı odur ki, onun üçün yaxşı ad seçsin və onu ədəbli tərbiyə etsin”.

İmam Rza (ə) buyurur: “Atanın övladına etdiyi ilk yaxşılıq odur ki, onun üçün yaxşı və gözəl ad seçər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Övladlarınıza yaxşı adlar qoyun, həqiqətən siz Qiyamət günü həmin adla çağırılacaqsınız”. (Askdin/Deyerler)

İnsanın taleyi əməli ilə müəyyən olar və adına heç bir dəxli olmaz. Quran buyurur: “Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə, dəyişdirmir”. (“Rəd” 11).

“Həqiqətən, Rəbbiniz tərəfindən sizə düşündürən (Qur’an və vəhy) gəlmişdir. Beləliklə, kim görsə – öz xeyrinədir və kim kor olsa – öz ziyanınadır”. (“Ənam” 104).

İnsan özü elə əməllər yerinə yetirə bilər ki, həmin əməllər taleyinin dəyişməyinə səbəb olar. Günah elə bir əməldir ki, insanın taleyini dəyişdirə bilir. Günah elə bir virusdur ki, ruha daxil olaraq onu xəstləndirər və qaraldar. Ürəyin daşlaşmasına və qaralmasına, nurunun aradan getməsinə səbəb olar. Bəzən bir zərrəsi böyük bir məntəqəni atəşə verər, bəzən bir zərrəsi Yusifin (ə) quyuya düşməsinə səbəb olar, bəzən bir zərrəsi haram tikə yeməyə gətirər, insanı hakimiyyətə tamahlandırar, İmam Hüseyni (ə) qətlə etməyə bais olar.

Quran insanların taleyini dəyişdirməkləri barəsində belə buyurur: “(Müşriklər üçün olan) bu (əzablar), ona görədir ki: Allah (Öz ənənəvi qanunlarına əsasən) bir qövmə verdiyi neməti onlar özlərində olanı (saleh halları) dəyişməyincə, dəyişdirmir (onlardan almır). (Məkkə əhalisinin rifah halı İslamdan sonra pisliyə və çətinliyə doğru dəyişdi, çünki onlar öz adi hallarını Peyğəmbərlə mübarizə və inad etmək istiqamətində dəyişdirdilər.) Şübhəsiz, Allah eşidən və biləndir”.(“Ənfal” 53).

Beləliklə deyə bilərik ki, insanın adının onun taleyinə birbaşa təsiri olmaz, amma şəxsiyyətinin formalaşmasına təsiri olar. O zaman ki, bir körpəyə Hüseyn adını qoyuruq, onunla Seyyidi-şühəda arasında rabitə yaratmaq istəyirik. İstəyirik ki, bizim bu körpəmiz İmam Hüseyni (ə) sevsin və onun davamçılarından, dostlarından olsun. Necə ki, İmam Hüseyn (ə) ata və anasına olan sonsuz sevgisinə görə bütün oğlan övladlarının adını Əli və qız övladlarının adını Fatimə qoymuşdu.

O zaman ki, övladlarımıza belə dahi insanların adını qoyuruq, ad sahibi özünü daha vüqarlı hiss edir və çalışır ki, həmin insana yaxınlaşsın və onun rənginə boyansın. Bu hiss günü-gündən daha da çoxalar, rəftar və əməllərinə təsir qoyar.

Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir: “Canım sənə fəda olsun, biz sizin və atalarınızın adlarını övladlarımıza qoyuruq. Bu əməl bizim üçün faydalıdırmı?”. İmam (ə) buyurur: “Bəli, Allaha and olsun ki, din – biz Əhli-Beyti (ə) sevməkdən qeyrisi deyildir”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..