Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Dekabr 13:43
Şərh Yoxdur
3026

İnsanın əməli hansı 7 mərhələrdən keçməlidir?

Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala səmanı xəlq etməzdən əvvəl yeddi mələk yaradır. Ondan sonra səmanı xəlq edir və hər birini səmanın gözətçisi qərar verir.

Yerdəki mələklər xəlqin əməllərini yazarlar və onlar səhərdən axşama qədər bəndələrin etdiyi əməlləri yazıb, səmaya göndərərlər.

Birinci səmada olangözətçi mələk (həmin əməli görən zaman) deyər: “Bu itaəti aparın və üzərinə möhür vurun ki, mən qeybət əhlinin gözətçisiyəm. Allah Təala mənə buyurmuşdur ki, hər kim qeybət edər, qoyma ki, əməli səndən keçsin”.

O əməl ki, qeybət əhlindən edilməmişdir, ikinci səmaya çatan zaman onun gözətçisi deyər: “Aparın və onun üzərinə möhür vurun ki, bunu dünya üçün etmişdir və məclisdəki insanlara (onunla) fəxr etmişdir. Mənə buyurublar ki, onun əməlini qadağan edəm”.

Sədəqə verənin, namaz qılanın, oruc tutanın əməli üçüncü səmaya çatanda gözətçi deyər: “Mən təkəbbür üçün vəzifələndirilmişəm və təkəbbürün əməlini qadağan edirəm”.

Əməl dördüncü səmaya çatanda gözətçi deyər: “Mən şöhrətpərəstlik üçün vəzifələndirilmişəm, əgər əməlində şöhrətpəsərstlik olarsa, qoymaram ki, məndən keçsin”.

Beşinci səmada olan gözətçi deyər: “Bu əməlin üzərinə möhür vurun və onun boynundan asın ki, mən həsəd üçün vəzifələndirilmişəm. Hər kim elm və əməldə dərəcəyə çatmışdır, ona həsəd aparmışdır”.

Altıncı səmadakı mələk deyər: “Bu əməli aparın və üzərinə möhür vurun ki, bəla və əziyyət çəkmiş heç kəsə rəhm etməmişdir, əslində şadlanmışdır. Mən rəhmət mələyiyəm və mənə buyurublar ki, rəhimsiz əməli qadağan edəm”.

Yeddinci səmadakı mələk deyər: “Bu əməlin üzərinə möhür vurun ki, o, bu əməldə Allahı istəməmişdir, əslində məqsədi alimlərin yanındakı məiyyəti olmuşdur ki, hər nə belə olarsa, riyadır və Allah Təala riya edənin əməlini qəbul etməz”. (Erfan/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..