Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 Dekabr 12:53
Şərh Yoxdur
4559

İnsanı səadətə çatdıran 6 əməl

Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Ölməzdən əvvəl Allaha tərəf qayıdın və tövbə edin. Rahatlıq sizdən alınmazdan əvvəl həyatın sıxıntılarında qərar tutun, yaxşı işlər görün. Allahla rabitənizi islah edin ki, səadətli olasınız. Çoxlu sədəqə verin ki, Allah sizə ruzi versin. Əmr-be-məruf edin ki, Allahın möhkəm qalasında qərar tutasınız. Munkərdən əl çəkin ki, Allah sizə yardım çatdırsın”.

 

Həzrət Peyğəmbər (s) bu mübarək kəlamında bizlərə 6 göstəriş verir ki, hər kim onu yerinə yetirsə, səadət əhli olacaqdır.

1.Tövbə etmək. Tövbə Allah Təalanın bəndələri üçün açdığı nemət qapılarından biridir. İmam Səccad (ə) buyurur: “Allahım, o Sənsən ki, bəndələrinin üzünə qapını açmısan və adını da tövbə qoymusan”. Hər kim bu qapıdan girməyə qəflət edərsə, artıq bir üzrü qalmaz. Həzrət Peyğəmbər (s) buyurur ki, ölməzdən əvvəl tövbə edin. İnsan gərək fürsəti əldən verməzdən əvvəl Allaha tərəf qayıtsın və xalis tövbə etsin. Ancaq bu zaman səadətə çata bilər. (Həvzəh/Deyerler)

 

2.Yaxşı işlər görmək. Cavanlıq elə bir nemətdir ki, insan onu tez əldən verər. Ona görə də bu rahatlıq dövrünü əldən verməzdən əvvəl yaxşı işlər yerinə yetirməlidir ki, qocalan zaman onun bəhrəsini görə bilsin.

 

3.Allahla rabitəni islah etmək. İnsanlar hadisə ilə üzləşən zaman üç dəstəyə bölünürlər:

Bir dəstə insanların ağzına baxarlar,

Bir dəstə insanların dediklərinə yarım nəzər salarlar. Yarım nəzər də İlahi göstərişlərə salarlar.

Bir dəstə isə ancaq Allahın buyurduqlarına nəzər salarlar.

 

Hər bir baş verən hadisədə insan gərək Allahın razılığını düşünsün, ancaq bu zaman səadətə çata bilər.

 

4. Çoxlu sədəqə vermək. Sədəqənin iki mühüm təsiri vardır: ruzini artırar və bəlanı dəf edər.

 

5-6. Əmr-be-məruf və nəhy-əz-munkər. İnsan cəmiyyətdə rifahı və dini yaymaq üçün gərək bu vacib əməli yerinə yetirsin. İnsanları yaxşı əməllərə təşviq etsin və pis işlərdən çəkindirsin. Ancaq bu zaman axirətdəki səadətini təmin edə bilər.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..