Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 Sentyabr 12:24
Şərh Yoxdur
2631

İnsanı kamala çatdıra bilən həyat tərzi

Allah Təala Quranda üç növ həyat tərzini bəyan etmişdir. Uca Allah “Həmd” surəsində bizlərə üç həyat tərzindən xəbər verir. O kəslər ki, İlahi yola hidayət olublar, o kəslər ki, Allahı qəzəbləndiriblər və o kəslər ki, yollarını azıblar. Bu surə haqqında düşünən zaman görmək olur ki, insan öz həyatında üç həyat tərzini tətbiq edə bilər – seçim özünündür.

Əgər həyatdan ləzzət almaq istəyiriksə, gərək o kəslərdən olaq ki, Allah onları düz yola hidayət etmiş və onlara nemət vermişdir. Kamala çatmaq yolu da ancaq bu yolun vasitəsilə ola bilər.

O kəslərə ki, Allah nemət vermişdir, “Nisa” surəsi onlardan xəbər verərək, bizə tanıdır və buyurur: “Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır”. (“Nisa” 69). Bu ayədən də göründüyü kimi, Allahın nemət verdiyi insanlar: peyğəmbərlər (ə), doğru danışanlar, şəhidlər, saleh insanlardırlar.

İnsanların bəzisinin həyat tərzi belədir ki, yollarını azıblar, ancaq Allahın qəzəbinə düçar olmayıblar. Buna baxmayaraq, onlar İlahi nemətdən uzaqdırlar. “Həmd” surəsində Allahdan istəyirik ki, Allah bizləri yolunu azanlardan qərar verməsin.

Təfsirçilərin nəzərinə görə İlahi qəzəbə düçar olan insanlar bir neçə dəstədirlər:

1. Münafiqlər. Haqla müxalifət edib, Peyğəmbərə (s) qarşı çıxmışdılar. “Qəlbi imanla rahatlıq tapdığı (və imana bağlı) halda (küfr deməyə) məcbur olan şəxs istisna olmaqla, kim imanından sonra Allaha küfr etsə (hər kafirə deyil,) öz sinələrini küfrlə şad edib genişləndirənlərə Allah tərəfindən bir qəzəb və böyük bir əzab vardır”. (“Nəhl” 106).

2. Yolunu azıb bunda israr edənlər.

3. Yolunu azmış kitab əhlindən olanlar.

Allah Təala Quranda buyurur ki, ey insan! Sən ixtiyar sahibisən və bu üç həyat tərzindən birini seçə bilərsən. Yəni, həm nemət verilmişlərin yolunu seçə bilərsən, həm yolunu azmışların və həm də İlahi qəzəbə düçar olanların. Ancaq Quran bizə haqq yolu tanıdaraq, ona təşviq edir və buyurur ki, kamala çatmaq və xoşbəxt olmağın tək yolu budur. Allah bu neməti bizə vermişdir və bizim vəzifəmiz budur ki, onu dəyərləndirək və ondan düzgün istifadə edək. O kəslər ki, hidayət olar – onlar Qurana yaxın olarlar. Hər kim Qurana yaxın olar, Quran onu nurlandırar və günahdan saxlayar. Ona görə də haqq yolunu seçək və kamala çatmaq üçün səy göstərək. (Erfan/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zilhiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..