Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Dekabr 11:27
Şərh Yoxdur
3031

İnsan İlahi cəzadan niyə qorxmur? 4 səbəb

Əgər insan yol hərəkət qaydalarını pozan zaman cərimə olacağına diqqət etdiyi kimi Allahın cərimələrinə də diqqət etsəydi, bu xataların qarşısını alar və onları azaltmağa çalışardı.

İnsanın bu cəzalara qarşı laqeyd olmasının 4 səbəbi vardır. (Tebyan/Deyerler)

1. Dinin məcburi olmaması. Dinimizdə məcburiyyət yoxdur və hər kəs öz yolunu seçməkdə azaddır. Bir çox insanların günah edən zaman cəzadan qorxmamasının səbəblərindən biri də budur. Misal üçün, kimsə namaz qılmır, bu insanı məhkəmədə ittiham etmək olmaz. Ancaq əgər cinayət edərsə, o zaman günahda ittiham olunar. Dinin məcburi olmaması bu insanların əlinə çox bəhanələr verir ki, rahat günah edə bilsinlər.

2. Allahın möhlət verməsi. Bəzən bir sürücü sürətini artıraraq, qaydaları pozur. Ancaq birmir ki, onu izləyən kameralar vardır və bir gün həmin sürət artımına görə cəza alacaqdır. Allah hər şeyi görür və bilir və heç bir şey Ondan gizli deyildir. Bir gün bu əməllərinə görə cəza alacaqdır. Allah bu insanlara xitab edərək buyurur: “Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır”. (“Ali-İmran” 178).

3. Cəmiyyətin əksər hissəsinin tərəfdarı olmaq. İnsanın Allahın cəzalarına diqqət etməməsinin səbəblərindən biri də həmin cəmiyyətdə edilən günahların çox olmasıdır. “Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər”. (“Ənam” 116). Cəmiyyətin ən çox düçar olduğu və təbliğ etdiyi günahlardan biri – iffətsizlikdir. Belə bir cəmiyyətdə əmr-be-məruf və nəhy-əz-munkər tərk edilər. İmam Səccadın (ə) buyurduğu kimi belə bir cəmiyyət bəlanın astanasında olar.

4. Allahın kəlamlarındam qəflət etmək. Bəziləri yaxşı əməllərin savabına özlərini o qədər məşğul edirlər ki, onların nəzərinə görə namaz qılmasalar da, Allah yanında məqamları böyükdür. Çünki bu insanlar yerinə yetirdikləri günaha görə Allahın verdiyi vədələrdən qəflətdədirlər. Belə bir halda ömürlərini sona çatdırırlar. “Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir”. (“Kəhf” 104).

Allah Təala bizləri belə ağrılı aqibətdən Özü qorusun.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..