Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 Fevral 09:50
Şərh Yoxdur
4645

İmanlı yuxu, yüngül namazdan yaxşıdır

İmam Əli (ə) eşidir ki, xəvaricdən olan bir nəfər gecə namazı qılır və gecə Quran tilavət edir. Həzrət (ə) buyurur: “Yəqin və imanla bir yerdə olan yuxu, yüngül namazdan daha yaxşıdır”.

Bəs bu hədisdə niyə (ə) Həzrət yuxunu namazdan üstün hesab edir? Bu sualın cavabını vermək üçün bu əhvalata işarə edək:

Gecənin dördə birindən keçmişdi ki, İmam Əli (ə) Kufə məscidindən çıxdı və evinə tərəf yollandı. Həzrətin (ə) xüsusi səhabələrindən olan Kumeyl ibni Ziyad da onunla hərəkət edirdi. Yolda bir kişinin evinin yanından keçirlər ki, Quran oxuyurdu və səsi eşidilirdi. O, gecə yarısı qalxıb Quran oxuyurdu. İmam eşitdi ki, o, bu ayəni ürəkyanğısı ilə oxuyur: “(Əzab içində olan həmin kafir yaxşıdır) yoxsa gecənin saatlarını səcdə və qiyam (ayaq üstə), itaət və xüzu ilə (müticəsinə) keçirən, axirətdən (axirət əzabından) qorxan və Rəbbinin mərhəmətinə ümid bəsləyən şəxs? De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?». Yalnız əsl ağıl sahibləri ibrət götürərlər”. (“Zumər” 9).

Kumeyl ürəyindən ah çəkdi və gecə oyanıb Quran oxuyan bu şəxsin səsi ürəyinə xoş gəldi. İmam (ə) Kumeylə diqqət edib buyurdu: “Bu insanın ürəyə yatan səsi səni aldatmasın. Bu Quran qarisi – cəhənnəm əhlidir. Tezliklə bu mövzunun sirrini sənə söyləyəcəyəm”.

 

Kumeyl təəccüb içində qaldı və bir müddət bu mövzudan keçmişdi ki, Nəhrivan xəvariclərinin səs-sədası çıxmağa başladı. Onlar Əliyə (ə) qarşı qiyam etdilər. Ona görə də Nəhrivan çölündə İmamın (ə) ordusu ilə xəvariclərin ordusu döyüşdü. 9 nəfər qaçan insandan başqa bütün xəvariclər öldürüldü.

Kumeyl bu döyüşdə İmam Əli (ə) ilə bir yerdə idi. İmamın (ə) qılıncından qan axırdı və üzünü Kumeylə çevirir və buyurur: “Mənimlə gəl!”. Sonra onlar ölmüş xəvariclərin yanına getdilər. İmam (ə) qılıncının başını həmin Quran qarisinin başına qoydu və buyurdu: “Ey Kumeyl! Bu baş – həmin o şəxsin başıdır ki, gecə yarısı bu Quran ayəsini oxuyurdu və səni özünə cəzb etmişdi”. Kumeyl (ə) İmamı öpür və bu cahil rəftarına görə tövbə edir.

Yuxarıdakı hədisə görə isə İmamın (ə) buyurduğu şəkdən məqsədi – o şəkdir ki, xəvariclər İmamın (ə) imamətliyi ilə bağlı malik olmuşdular. Bu da ibadətin keyfiyyətinə təsir etmişdir. Bu mövzuda şəkk etmələri nəticəsində tövhid elmində, ibadətin sirrində, itaətin keyfiyyətində də şəkk edirdilər. İmamın (ə) bu hədisi deməkdə bizlərə buyuruşu odur ki, əgər bu insan mənə imanda yəqinliyə çatsaydı, onun yuxusu, mənə şəklə qıldığı namazdan daha üstün olardı.

Yəqin – sabit bir elmdir ki, şəkk üçün yer olmaz. İnsan üçün rahatlıq mənbəyi olar. Yəqinə çatmaq üçün iki nöqtəyə riayət etmək lazımdır: 1. Əməl. 2. Əməli davam etdirmək.

Din alimləri buyurur ki, əgər yaxşı əməli az da olsa davamlı şəkildə yerinə yetirsən, daha yaxşı nəticə əldə edərsən. İmamlar (ə) biz tövsiyə edir ki, bildiklərimizə əməl edək. Bilmədiklərimizi isə bizə Allah öyrədər.

İmamət – dinin üsullarından biridir. Allahı və tövhidi tanıyandan sonra onun göndərdiyi və risalət sahibi olan insanları tanımaq zəruridir. Çünki onlar olmadan dini başa düşmək çətindir. Ona görə də müsəlman necə ki, tövhidə, məada iman gətirir və yəqinlik əldə edir, gərək imamət mövzusuna da iman gətirib yəqinlik əldə etsin.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..