Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Oktyabr 09:00
1 Şərh
5239

İmanla yəqin arasında nə qədər fasilə vardır? – İmam Hüseynin (ə) 6 suala cavabı

Bir nəfər İmam Hüseynin (ə) xidmətinə gəlir və deyir: “Ey Peyğəmbər (s) övladı! Sualım vardır”. İmam (ə) buyurur: “Soruş”. Həmin şəxs deyir: “İmanla yəqin arasında nə qədər fasilə vardır?”. İmam (ə) buyurur: “Dörd barmaq qədər. İman o şeydir ki, eşidəsən, yəqin o şeydir ki, görəsən. Gözlə qulaq arasında dörd barmaq fasilə vardır”.

Soruşur: “Yerlə göy arasında nə qədər fasilə vardır?. İmam (ə) buyurur: “Bir duanın yerinə yetməsi qədər”.

Soruşur: “Şərqlə qərb arasında nə qədər fasilə vardır?”. İmam (ə) buyurur: “Günəşin bir gün seyr etməsi qədər”.

Soruşur: “İnsanın izzəti nədədir?”. İmam (ə) buyurur: “İnsanlardan ehtiyacsız olmaqda”.

Soruşur: “Ən çirkin şey nədir?”. İmam (ə) buyurur: “Qoca kişidə günah, vəzifə və məqam sahibində sərtlik və tündlük, tanınmış insanlarda yalan, zəngində simiclik, alimdə hərislik”.

Həmin ərəb deyir: “Düz buyurdunuz. İndi isə İmamların sayından məni agah edin?”. İmam (ə) buyurur: “Onlar Bəni-İsrayilin seçilmişləri kimi 12 nəfərdirlər”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..