Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Sentyabr 11:32
Şərh Yoxdur
2852

İman əhli üçün Sirat körpüsü enləşəcəkmi?

Sirat – o körpüdür ki, Qiyamət günü bütün insanlar onun üzərindən keçəcəklər. Ya cəhənnəmə düşəcək, ya da Siratı başa vuracaqlar.

İman əhli üçün Sirat körpüsü enlənməyəcəkdir. Onların iman səviyyəsindən asılı olaraq, sürətlərinə təsir edəcəkdir. Belə ki, bəziləri Sirat körpüsündən işıq sürətilə keçəcəklər. Bəziləri isə çox yavaş keçəcəklər.

 

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “İnsanlar Siratdan keçən zaman müxtəlif dəstələrdə olacaqlar. O Sirat ki, tükdən ensiz və qılıncdan itidir, bəziləri işıq kimi keçəcəklər. Bəziləri qaçan at kimi keçəcəklər, bəziləri əlləri və dizləri ilə gedəcəklər, bəziləri yolu iki ayaqları üstə gedəcəklər, bəziləri Siratdan asılacaqlar və bəzən bədənlərinin bir hissəsini atəş alacaqdır”.

 

O təqvalı insan ki, öz dini vacibatlarına əməl edər – günah meydanına daxil olan zaman özünü tez bir şəkildə oradan xilas edə bilir. Lakin bəzi möminlər vardır ki, imanları zəif olduğu üçün şeytanın (lən) vəsvəsələrinə qulaq asırr və günahı tərk etmək onlar üçün asan olmur.

Bu iki mömin tipi arasında çox böyük fərq vardır. Birincisi günahdan tez ayrıldığı üçün Siratdan da sürətlə keçəcəkdir. İkincisi günahı çətin tərk etdiyi üçün Siratdan keçməsi də yavaş olacaqdır.

 

Ona görə də deyə bilərik ki, iman əhlinin özü belə, Siratdan müxtəlif cür keçəcəkdir. Bəziləri iman səviyyəsinin yüksək olmasına görə sürətlə, bəziləri iman səviyyəsinin zəif olmasına görə yavaş halda Siratdan keçəcəklər. (Deyerler.org)

 

Qiyamət günü insanın məhz əməlləri onun halının necə olmasını müəyyən edəcəkdir.

Uca Allah aqibətlərimizi xeyirli etsin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..