Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Mart 11:00
Şərh Yoxdur
995

İmamların (ə) nəzərini cəlb edən “Miftahul-Fəlah” kitabı

İslam maarifinin bir çox sahələrini əhatə edən “Miftahul-fəlah” kitabı rəbbani alim Şeyx Bəhaəddin Amili tərəfindən yazılmışdır. Bu kitab müsəlmanların gündəlik əməl ibadətlərinə dair əməli bir kitabdır. Şeyx bu kitabı yazdıqdan sonra yeganə nüsxəsini öz yanında saxlamış və belə bir kitabın yazıldığı barədə heç kəsə məlumat verməmişdir.

Əllamə Məclisinin ustadlarından biri, zəmanəsinin böyük alimlərindən olan mərhum Qazi Muizzuddin İsfahani deyir: “Mən imamlardan (ə) birini yuxuda gördüm və o həzrətdən bir hacət istədim: “Mənə belə bir proqram verin ki, hər iki dünyanın səadətinə zəmanət versin!“”

İmam (ə) buyurdu: ““Miftahul-Fəlah” kitabını tap və bu kitabda yazılanlara davamlı əməl et!

O, yuxudan oyanır və bu kitabı axtarmaq üçün kitabxanalara və alimlərin yanına gedir. Hər kimdən “Miftahul-Fəlah” kitaını soruşursa, belə bir kitabın mövcud olmadığını eşidir. Nəhayət Şeyx Bəhaəddinlə görüşür və ondan bu kitab barədə soruşur. Şeyx onun bu sualına təəccüb edib soruşur: “Sənə bu kitab barədə kim danışıb?

Qazi Muizzuddin yuxunu Şeyxə danışanda, o ağlayır və belə deyir: “Əlhəmdulillah, bu kitab İmamların (ə) nəzərini özünə cəlb edə bilmişdir!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..