Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Oktyabr 14:27
Şərh Yoxdur
2726

İmamlar (ə) hətta təbiət hadisələrini də idarə etməyə qadirdirlər

İmam Həsən Müctəbanın (ə) səhabələrindən biri nəql edir: “Bir gün dostlarımızla birlikdə Mədinə şəhərinin xaricində İmamla (ə) birlikdə əyləşmişdik. Söhbət etməklə məşğul idik.

Anidən bir dəstə ceyran gördük ki, qrup halında bizim yanımızdan keçirdilər.

 

İmam Həsən Müctəba (ə) onlara müraciət etdi və onların hamısı İmamın (ə) çağırışına “Ləbbeyk!” deyib dayandılar. Bir müddət sonra İmam (ə) onlara hərəkət etmək üçün izn verdi və onlar yollarına davam etdilər.

 

Bir dəstə insan dedi: “Ey Allah Rəsulunun (s) oğlu! Bu heyvanlar vəhşidirlər və bu, yer kəraməti idi. Əgər mümkündürsə, bizə səma kəramətini göstərin”.

 

Bu zaman səmanın bir tərəfi açıldı və yerə bir nur endi ki, aydınlığı bütün Mədinə evlərini əhatə etdi. Ondan sonra həmin nur vasitəsilə zəlzələ və qəribə hərəkətlənmə oldu ki, bütün insanları qorxuya saldı. (Həvzəh/Deyerler)

 

İmama (ə) dedilər: “Ey Peyğəmbərin (s) oğlu! Kifayətdir. Bu möcüzə bizim üçün bəsdir və iman gətiririk. İndi əmr et ki, vəziyyət əvvəlki halınaqayıtsın”.

 

İmam Həsən (ə) insanlara xitab edib buyurdu: Biz Əhli-Beyt (ə) – bütün əşyaların əvvəli və bütün hadisələrin sonuyuq. Biz dünya xəlq olmazdan əvvəl, aləmdəki bütün məxluqlardan əvvəl yaradılmışıq. Dünyanın sonuna qədər də cavidan olacağıq. Biz əgər istəsək, təbiət hadisələrinə əmr və nəhy ilə hakim olarıq. Onda dəyişikliklər yaradarıq”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..