Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Oktyabr 14:12
Şərh Yoxdur
5012

İmamın (ə) əzizləri Kərbəlada nə qədər susuz qalmışdılar?

Kərbəlada İmam Hüseynin (ə) və yaxınlarının nə qədər susuz qaldığını bilmək üçün İslam tarixi üzrə mütəxəssis Doktor Muhəmmədhüseyn Rəcəbiyə bununla bağlı sual veririk.

Sual: Yezid ordusu necə ola bilir ki, geniş bir sahəni əhatə etmiş Fərat çayının hər tərəfini İmamın (ə) üzünə bağlasın? Bir sıra mənbələr deyir ki, məhərrəm ayının 7-dən İmamın (ə) fədakar qoşunu susuz qalmışdır. Bu, həqiqətdirmi?

Cavab: İmam Hüseyn (ə) Hürrə belə söz vermişdi ki, nə Kufəyə gedəcəkdir və nə də Məkkəyə qayıdacaqdır. İmamı (ə) sudan uzaq bir yerdə sakin olmağa məcbur edirlər.

Kərbəlanın ozamankı vəziyyətini indiki ilə müqayisə etmək olmaz. Uzun illər boyu baş verən qum tufanları Kərbəlanın təbiətini çox dəyişdirmişdir. Əlqəmə çayı ki, Kərbəla hadisəsində adı çəkilir, yanlış bir xəbərdir. Bu çay 7-ci əsrdə Mötəsim Abbasinin vəziri İbni Əlqəmə tərəfindən çəkilmişdir ki, Kərbəla şəhərini su ilə təmin edə bilsin. Ona görə də bəzi mənbələrdə deyilir ki, Əbülfəzl Abbas Əlqəmədə şəhid olmuşdur – bu, xəbər yanlış xəbərdir. Bu çayı Aşura ziyarətindən sonra oxunan Əlqəmə duası ilə səhv salıblar. Belə düşünüblər ki, bu çayın həmin hadisə ilə əlaqəsi vardır. Bəli, Həzrət Abbas (ə) Fəratın bir qolunun kənarında şəhid olmuşdur. Belə görünür ki, həmin su yerin altından keçirmiş. Tarixdə də oxuyuruq ki, İmam Hüseyn (ə) su çıxartmaq üçün quyu qazmışdır. Ancaq nəql olunduğuna görə, bu su içməli deyilmişdir, qüsl və dəstəmaz üçün istifadə olunurmuş. O zaman ki, Ömər Sədin ordusu bu quyudan xəbərdar olur, həmin yerə hücum edib, onu doldururlar.

Məhərrəm ayının 7-də İbni Ziyadın əmri ilə Ömər ordusu həqiqətən də su yolunu İmam (ə) üçün bağlayır. Çayın vəziyyəti o zaman elə idi ki, ancaq bir yoldan çaydan su götürmək mümkün olurdu. Qalan yerlərində isə çay dərin olduğundan su götürmək üçün münasib deyildi. Eyni vəziyyət Siffeyn döyüşündə də olmuşdu. Müaviyyə İmam Əlinin (ə) ordusuna su yolunu bağlamışdı. O zaman da Fəratın hər tərəfindən su götürmək mümkün olmurdu. Ona görə də su yolunu bağlamaq daha asan idi. Ömər 500 nəfər əsgəri su yolunun üstündə qoymuşdu ki, İmamın (ə) ordusu ona yaxınlaşa bilməsin.

Tarxidə oxuyuruq ki, Tasua gününə qədər İmamın (ə) içməli su ehtiyatı olmuşdur. Tasua gecəsində İmam (ə) 20 nəfəri başında Həzrət Abbas və Əli Əkbər ağa olmaqla su götürmək üçün göndərir. 20 nəfər su yolunu bağlayan əsgərlərlə vuruşub, oradan su gətirə bilmişdilər. Bəs niyə ikinci dəfə su gətirmək üçün hücum etmədilər – bu, bəlli deyildir. Bəlkə də ona görədir ki, su yolundakı gözətçilərin sayını artırmışdılar.

Aydın olan məsələ budur ki, onlar Aşura günündə susuz qalmışdılar. Bu isti havada və səhralıq yerdə bir gün susuz qalmaq da ağır bir şeydir. Qadınlar və uşaqlarla yanaşı, kişilərin hamısı silahlı və zireh geyinmiş halda idilər. Onlar hərəkət edirdilər ki, bu da susuz olmaqlarına səbəb olurdu. Hətta bir neçə damcı belə su yox idi ki, ağızlarını islatsınlar”. (Tebyan/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..