İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ
Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə həddindən artıq ağlayırdı. O Həzrət qəm-qüssəsinin həddi hüdudu yox idi.
İmam Sadiq (ə)-dan rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) atasının müsibətindən sonra 40 il ağladı. Halbuki o Həzrət gündüzlər oruc tutur, gecələr ibadət edirdi. Elə ki, iftar vaxtı yetişdi, Həzrətin xidmətcisi Onun üçün su yemək gətirir və deyirdi: «Ağa can,yeməyinizi meyl edin». O buyurdu:
قُتِلُ اِبنُ رَسُولِ اللّهِ جائِعاً قُتِلَ اِبنُ رَسُولِ اللّهِ (ص) عَطشاناً
«Peyğəmbərin (s) oğlu İmam Hüseyn (ə) ac susuz qətlə yetirildi!» O Həzrət həmişə bu sözləri deyir və ağlayırdı. Hətta gözlərinin yaşı yeməklə qarışırdı. İmam Zeynəlabidin (ə) ömrünü beləcə keçirib dünyadan getdi.
İmam Zeynəlabidin (ə) xidmətçisi belə nəql edir: «Bir gün İmam (ə) səhraya getdi və mən də arxasınca getdim. Gördüm ki, o Həzrət alnını bir daşın üstünə qoyub səcdə edir. Ayaq saxladım. Onun ağlamaq səsini eşidirdim. O min dəfə dedi: «La ilahə illəllahu həqqən həqqa la ilahə illəllahu təəbbüdən vəriqqa; la ilahə illəllahu imanən və təsdiqən və sidqa». Sonra başı səcdədən qaldırdı. Gördüm ki, o Həzrət üzü və mübarək saqqalı gözünün yaşı ilə islanıbdır. Dedim: «Ey mövlam, sizin qəm-qüssənizin sonu yoxdurmu? Sizin ağlamağınız sona çatmazmı? Həzrət buyurdu: «Yaqub ibn İsaq ibn İbrahim özü və atası peyğəmbər idi. Onun on iki oğlu var idi. Allah-Təalaonlardan birini Yaqubun gözündən uzaqlaşdırdı. O zaman Yaqubun başı qəm-qüssədən ağarmış, beli bükülmüşdü. Ağlamaqdan gözü tutulmuşdur. Halbuki oğlu diri idi. Amma mən atam, qardaşım və on yeddi nəfər Əhli-beytiminölümünü öz gözümlə görmüşəm. Onlar Kərbalanın isti torpağı üstünə düşmüşdülər. Belə olan halda qəm-qüssəm neçə qurtara bilər və ağlamağım neçə sona çata bilər?»
Müəllifin son sözü: «Bu ürəkağrıdıcı sözləri kim Kərbala şəhidlərinə çatdırıb deyə bilər: «Siz öz ayrılıq və bu hicranla bizə qəm paltarını geyindirdiniz. Bu paltar heç vaxt köhnəlməz, aradan getməz və lakin bizi qocaldıb öldürəcək. Sizin görüşünüz və vüsalınızlabizi güldürən ruzigar bu gün hicranınızla bizi ağladır. Sizin ayrılığınızla ruzigarımız qaraldı. Halbuki, qaranlıq gecələrimiz nurunuzla işıqlandırılmışdır».[1]
[1] Bir şeirdən iqtibasla.