Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Noyabr 09:48
Şərh Yoxdur
5902

İmam Zamanın (ə.f) adı, ləqəbləri və künyələri hansılardır?

Həzrət Məhdinin (ə.f) əsl adı Muhəmməddir. Peyğəmbərimiz (s) ona həmin adı qoymuş və belə buyur­muşdur: “Onun adı mənim adımdır və künyəsi mənim künyəmdir”.

Həzrətin (ə.f) künyəsi Əbülqasimdir. Eləcə də Əbu Saleh, Abdullah, Əbu İbrahim, Əbu Cəfər və Əbülhəsən də onun künyələridir.[1]

Həzrətin (ə.f) ləqəbləri çoxdur, o cümlədən aşağıdakı­lar onun ləqəbləridir:

1) Məhdi: Həzrətin (ə.f) ən məşhur ləqəbi “Məhdi”dir. Məhdi “hidayət” sözünün ismi-məsdəridir, mənası “Allah tərəfindən doğru yola yönəldirilən şəxs”dir. İmam Sadiq (ə) bir hədisdə belə buyurmuşdur: “O Həzrəti “Məhdi” adlan­dırırlar. Çünki o, insanları itirdikləri doğru yola istiqamət­ləndirəcək”.

Həmçinin İmam Baqir (ə) buyurub: “Onu “Məhdi” adlandırıblar, çünki gizli qalan məsələyə (həqiqi İslama) doğru hidayət edəcək”.[2]

2) Qaim: Bu adın mənası “haqla qiyam edən”dir. İslam Peyğəmbəri (s) buyurmuşdur: “Onu bu səbəbdən “Qaim” adlandırıblar ki, adı unudulduqdan sonra qiyam edəcək”.[3] İmam Cavad (ə) “Onu nə üçün “Qaim” adlandırırlar” sualının cavabında belə buyurub: “Çünki onun adı xatirə­lərdən unudulduqdan və imamlığına inananların əksəriyyəti Allahın dinindən döndükdən sonra qiyam edəcək”.[4]

3) Mənsur: İmam Baqir (ə) «من قتل مظلوما» (haqsız yerə öldürülən məzlum bir şəxs) ayəsinin təfsirində buyurub: “O, Hüseyn ibn Əlidir (ə) və mübarək ayənin qalan hissəsi olan «فقد جعلنا لوليه سلطانا فلا يشرف في القتل انه کان منصورا» (Sahibinə bir ixtiyar verdik. Lakin o da qətl etməkdə ifrata varmasın. Çünki ona artıq kömək olunmuşdur)[5] ayəsində İmam Zaman (ə.f) nəzərdə tutulur, necə ki Allah Əhməd və Muhəmmədi “Mahmud”, İsanı isə “Məsih” adlandırıb”.[6]

4) Müntəzir: İmam Cavaddan (ə) soruşdular: “Nə üçün ona “Müntəzir” deyirlər?” Buyurdu: “Çünki o, uzun müddət qeybə çəkiləcək və o Həzrəti (ə.f) sevənlər onun gəlişini gözləyəcəklər və şübhəyə düşənlər inkar edəcəklər”.[7]

5) Bəqiyyətullah: Belə rəvayət edilir ki, o Həzrət (ə.f) zühur etdikdə arxası Kəbəyə duracaq və 313 kişi ətrafına toplaşacaq, buyuracağı ilk söz bu ayə olacaq: «بقيه الله خير لکم ان کنتم مؤمنين» (Əgər möminsinizsə, (bilin) (ki,) Allahın saxladığı (nemətlər) sizin üçün daha xeyirlidir). [8]

Sonra o Həzrət (ə.f) buyurar: “Bəqiyyətullah (Allahın saxladığı) mənəm və Onun sizin üzərinizdə höccəti və xəlifəsi (mənəm)”. Belə ki hər bir salam verən şəxs ona salam verdikdə deyər: السلام عليک يا بقيه الله في ارضه (Salam olsun sənə, ey Bəqiyyətullah (yer üzündə sona saxlanılan)”. [9]

On ikinci imam bir çox dualarda və hədislərdə məhz bu ləqəblə çağırılmış və hədis ravilərinin əksəriyyəti həmin adı qeyd etmişlər. Bu ləqəbdə digər imamların (ə) da şərik olmasına baxmayaraq, onların hamısı Allahın xalq üzərində höccəti sayılır, lakin sözügedən ləqəb sırf o Həzrətə (ə.f) o qədər aid edilir ki, hədislərdə hər hansı bir yerdə heç bir dəlil və sübut olmadan qeyd olunarsa, deməli, o Həzrət (ə.f) nəzərdə tutulur. Bəzilərinin isə nəzərincə, o Həzrətin (ə.f) ləqəbi “Höccətullah”dır, mənası isə “Allahın bütün yaradılmışlar üzərində qələbəsi və ya hökmranlığı” deməkdir. Belə ki qeyd olunan hər iki anlayış o Həzrət (ə.f) vasitəsilə zühur edəcək. «انا حجه الله» (Mən Allahın höccətiyəm) o Həzrətin (ə.f) sonuncu imam olmasının göstəricisidir.[10]

Başqa ləqəbləri “Saleh xələf”, “Şərid (qovulmuş)”, “Qərim (tələbkar)”, “Muəmmil (gözlənən, həyata keçirilmiş arzu)”, “Müntəqəm”, Mae Muin (yer üzərində görünən və axan su), “Vəliyyullah”, “Sahibəz-zaman” və s.-dir. Daha ətraflı məlumat əldə etmək üçün “Muntəhəl-amal”, “Biharul-ənvar” və digər müvafiq kitablara müraciət etmək olar.

 

www.ahliman.info

[1] Əzzam-əl Nasib, Şeyx Hairi Yəzdi, c.1, səh.483

[2] İsbatul-huda, Şeyx Hürr Amuli, c.7, səh.110-169

[3] Məaniül-əxbar, Şeyx Səduq, səh.65

[4] Kəmalüddin və Təmam ən-Nemə, Şeyx Səduq, səh.378

[5] İsra surəsi, 35-ci ayə

[6] Fırat Kufinin təfsiri, səh.240

[7] Kəmalüddin və Təmam ən-Nemə, Şeyx Səduq, səh.378

[8] Hud surəsi, 86-ci ayə

[9] Muntəhəl-amal, Muhəddis Qumi, c.2, səh.286

[10] Muntəhəl-amal, Muhəddis Qumi, c.2, səh.287

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..