Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Aprel 13:00
Şərh Yoxdur
6936

İmam Zamanın (ə.f) bizlərə tövsiyələri

İmam Zamanın (ə.f) bizlərə tövsiyələri ilə tanış olaq.

1. Əhli-beyt (ə) davamçıları arasında vəhdətin zəruriliyi. İmam Zaman ağa (ə.f) Şeyx Mufidə xitab edərək buyurub: “Allah onları bizim bərəkət və duamıza görə cəm edəcəkdir, əgər Allah istəsə”. İmam Zaman ağanın (ə.f) arzusu budur ki, davamçıları birlikdə olsunlar və vəhdət təşkil etsinlər. Dağınıq olmaqdan çəkinsinlər.

2. Allah heç kəslə qohum deyildir. İmam Zaman ağa (ə.f) buyurur: “Allah Təala ilə heç kəs arasında qohumluq mövcud deyildir”.

3.Təqva – fitnədən amanda qalmağın mənbəyidir. İmam Zaman ağa (ə.f) Şeyx Mufidə xitab edərək buyurub: “Həqiqətən, sənin hər bir din qardaşın İlahi təqvalı olsun və ona haqqı olduğu kimi əməl edərsə, o, yolunu azdıran fitnədən amanda olar”. Bəli, fitnədən ancaq təvqalı insanlar amanda qala bilər.

4. Allahın nemətləri – əlimizdə olan əmanətlərdir. İmam Zaman ağa (ə.f) buyurur: “Əhli-beyt (ə) davamçılarından hər kəs Allahın ona verdiyi əmanətdən qohumuna simiclik edərsə, bu işi ilə dünya və axirətdə ziyan görər”.

5. İnsanın izzəti – Allaha itaətdədir. İmam Zaman ağa (ə.f) buyurur: “Allah onları itaətlərinə görə əziz tutur”.

6. Dində ixlas. İmam Zaman ağa (ə.f) Şeyx Mufidə buyurub: “Salam olsun sənə, dində muxlis olan yavər”. Şeyx Mufid çox ixlaslı bir alim olduğu üçün İmam (ə.f) onu belə mədh edir.

7. Hidayət olandan sonra yolunu azmaq mümkündür. İmam (ə.f) buyurur: “Mən Allaha pənah aparıram görəndən sonrakı korluqdan və hidayətdən sonrakı yolunu azmaqdan”. İmam (ə.f) bu sözləri ilə bizi ayıltmaq istəyir ki, hidayət olmaqla iş bitmir, gərək yolunu azmaqdan özünü qoruyasan.

8. Şəkdən uzaq olmaq. İmam (ə.f) buyurur: “Ey Əhli-beyt (ə) davamçıları! Sizə nə olub ki, şəkdə şübhə edirsiniz”. İnsanın kamal yolunu bağlayan amillərdən biri də şəkk və şübhədir. İnsan şəklərindən xilas olmalıdır ki, kamala çata bilsin.

9. Yəqin ruhu. İmam (ə.f) buyurur: “Allah bizə və sizə yəqinlik ruhu inayət etsin”. İnsan üçün ən yaxşı hal – yəqin məqamına çatmaqdır. İnsanın hər bir sahədə yəqinliyə çatması onu kamala çatdırar.

10. Axirətə yaxın olmaq. İmam (ə.f) buyurur: “Allahım! Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və məni axirətlə mənus et”. İnsan gərək dünyaya bel bağlamasın. Çünki fani və keçicidir. Axirət insan ürəyinə təskinlik verə bilər.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..