Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Noyabr 10:20
Şərh Yoxdur
8028

İmam Zaman ağaya (ə.f) niyə Bəqiyyətullah deyilir?

Quran buyurur: “Əgər imanınız olsa, (başqasının haqqını verdikdən sonra) Allahın sizin üçün saxladığı şey daha xeyirlidir və mən sizə məmur və gözətçi deyiləm (ki, sizin iman və əməlinizə nəzarət edəm və sizə savab və cəza verilməsi mənim öhdəmə olsun)“. (“Hud” 86).

 

Bu ayədə “Bəqiyyətullah” dedikdə Allahın sizin üçün saxladığı şey nəzərdə tutulmuşdur. Bu saxlanılan xeyirli şey ya halal və az ruziyə işarə edir, ya da həmişə qalıcı olan mənəvi savablara işarə edir.

 

Bu sözün ardınca Allah Təala buyurur ki, əgər mömin olsanız, bu həqiqəti dərk edərsiniz. Yəni, Allaha və onun hikmətinə imanınız olsa o zaman Bəqiyyətullahı dərk edə bilərsiniz.

 

İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Məhdinin (ə.f) qiyamından sonra dediyi ilk söz həmin ayə olacaqdır. Sonra buyuracaqdır: “Mən –Allahın saxladığı şey, Onun hüccəti və Onun canişiniyəm. Heç kəs Məhdiyə (ə) salam verməz, məgər o halda ki, deyər: Əssəlamu əleykə, ya Bəqiyyətullahi fi ərzihi”.

 

Bu hədisdən ayənin dərin mənasına varmaq olur. Baxmayaraq ki, bu ayə Şuəybin (ə) qövmünə işarə edir və saxlanan şey deyildikdə onların sərmayəsi nəzərdə tutulur, ancaq məhz Bəqiyyətullah sözünün başqa dərin mənalara malik olduğunun da şahidi oluruq. Həmçinin o kəslər ki, bəşərin xeyri üçün Allah tərəfindən saxlanılmış və ehtiyat görülmüşdür. O cümlədən: bütün peyğəmbərlər (ə), İmamlar (ə), həqiqi rəhbərlər kimi.

 

Ancaq hər bir halda Bəqiyyətullah sözünün əsil mənası İmam Zamanda (ə.f) təcəlli edir. Ona görə də İmamın (ə.f) layiqli ləqəblərindən biri də məhz Bəqiyyətullahdır.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..