Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Noyabr 09:00
Şərh Yoxdur
11348

İmam Zaman (ə.f) ağaya beyət edəcək ilk şəxs kimdir?

O zaman ki, İmam Zaman ağanın (ə.f) qiyamı elan ediləcəkdir, beyət mövzusu irəli çıxacaqdır. Belə bir sual yaranır ki, bəs İmama (ə.f) ilk beyət edən şəxs kim olacaqdır?

Məsumlardan (ə) gələn hədislərdə oxuyuruq ki, İmam Zaman ağaya (ə.f) ilə ilk beyət edəcək və əlini öpəcək şəxs Həzrət Cəbrayil (ə) Əmin olacaqdır.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, Allah Təala Həzrət Qaimə (ə.f) zühur icazəsini verəcəkdir, o Həzrət (ə.f) minbərə qalxacaq və insanları özünə tərəf dəvət edəcəkdir. Allaha and verəcək və öz haqqı üçün insanları dəvət edəcəkdir ki, Peyğəmbərin (s) yoluna əməl etsinlər. Bu zaman Allah Cəbrayil (ə) Əmini göndərəcəkdir ki, onun yanına gəlsin. Cəbrayil (ə) İsmayil həcərində Həzrətin yanına gələcək və deyəcəkdir: “İnsanları nəyə çağırırsan?” Həzrət Qaim (ə.f) öz dəvətini ona xəbər verəcəkdir. Cəbrayil (ə) deyəcəkdir: “Mən ilk şəxsəm ki, səninlə beyət edirəm. Əlini beyət üçün aç”. Bu zaman əlini Həzrətin əlinə qoyacaqdır. 310 nəfərdən çoxu onun yanına gələcək və beyət edəcəkdir. Məkkədə qalacaqdır ki, tərəfdaşları on min nəfərə çatsın. Sonra oradan Mədinəyə yollanacaqdır”.

Həmçinin nəql edilir ki, Həzrət Qaim (ə.f) arxasını (Kəbə evinə) çevirəcək və əlini uzadacaqdır – Həzrət Musanın (ə) əli kimi. Və deyəcəkdir: “Bu, Allahın əlidir və Allah tərəfindəndir. Allahın əmri ilə uzanmışdır”. Həzrətin (ə.f) əlini öpən ilk kəs – Cəbrayildir (ə). O, Həzrətlə (ə.f) beyət edəcək və onun ardınca mələklər, cin nəcibləri beyət edəcəkdir.

Cəbrayil (ə) – o mələkdir ki, Peyğəmbərə (s) vəhy gətirərdi. O, dörd yaxın mələkdən biridir ki, vəzifəsi peyğəmbərlərə (ə) vəhy çatdırmaq olmuşdur. Ona Ruhul-əmin, Ruhul-qudus və Hatəf də deyirlər. İnsanların gizli düşüncələrindən xəbərdar olduğu üçün Namus da adlandırırlar. O, yaşıl libaslı mələklərdəndir. Bu mələk ruh şəklində Həzrət Məryəmə (s.ə) zahir olmuşdu və üfləməsi ilə Həzrət İsanı (ə) bətninə salmışdır. Yəhudi, xristian və İslam dinlərində ondan çox söz açılmışdır. Cəbrayil (ə) Həzrət İbrahimi (ə) atəşdən xilas etmişdi. Həzrət Musanı (ə) Fironla mübarizədə qorumuşdu. Firon ordusunu dənizdə boğmuşdu. Həzrət Davuda (ə) zireh düzəltməsini öyrətmişdi. Həzrət Danyala (ə) yuxu yozumunu öyrətmişdi. Həzrət Zəkəriyyəyə (ə) Həzrət Yəhyanın (ə) doğumunu müjdə vermişdi. Quranı Peyğəmbərə (s) nazil etmişdi. O, merac gecəsində Həzrət Rəsulun (s) həmsəfəri idi.

Hədislərə görə Cəbrayil (ə) 50 dəfə Həzrət İbrahimə (ə), 400 dəfə Həzrət Musaya (ə), 10 dəfə Həzrət İsaya (ə), 24 min dəfə Həzrət Peyğəmbərə (s) nazil olmuşdur.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..