Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Oktyabr 20:10
Şərh Yoxdur
3091

İmam Zaman ağanın (ə.f) zühurunda ona yardım edəcək peyğəmbərlər

Axırəz-zamanda İmam Zaman ağaya (ə.f) yardım edəcək peyğəmbərlər (ə) barəsində bizə çatan hədislər iki dəstədir.

 

Onların bir dəstəsi bəyan edir ki, bəzi peyğəmbərlər (ə) bu zühurun baş verməsinə yardım edəcəklər. O peyğəmbərlər (ə) ibarətdir:

 

1. Böyük İslam Peyğəmbəri (s). İmam Baqir (ə) buyurur: “Əgər Ali-Muhəmmədin Qaimi (ə.f) zühur edərsə, onun ardınca gələn ilk kəs Muhəmməddir (s). İkinci nəfər isə Əlidir (ə)”. Şeyx Tusi yazır: “Məhdinin (ə.f) zamanında peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) geri qayıdacaqdır”.

 

2. Həzrət İsa (ə). İmam Rza (ə) buyurur: “Peyğəmbər (s) buyurmuşdur: “O zaman ki, övladlarım olan Məhdi (ə) zühur edəcəkdir, İsa ibn Məryəm (ə) nazil olacaqdır və onun arxasında namaz qılacaqdır””.

 

3. Həzrət Xızır (ə). İmam Rza (ə) buyurur: “Allah qeyb zamanı bizim Qaimin (ə.f) dəhşətini onun vasitəsilə (Həzrət Xızır (ə)) tanışlığa çevirəcəkdir. Tənhalığını onun vasitəsilə aradan aparacaqdır”.

Bu hədisdə İmam Rza (ə) Xızır peyğəmbərə işarə edir və buyurur ki, qeyb zamanı İmamın (ə.f) tənhalığını məhz bu peyğəmbər aradan aparacaq və ona dəstək olacaqdır.

 

4. Həzrət İlyas (ə). Həzrət İlyas (ə) da Həzrət İsa (ə) kimi sağdır və ehtimal verilir ki, o, da zühur zamanı nazil olsun.

 

Başqa dəstə hədislər isə bütün peyğəmbərlərin (ə) zühur zamanı nazil olacağını bəyan edir. Misal üçün: İmam Baqir (ə) buyurur: “Allah Adəmdən (ə) indiyə qədər elə bir peyğəmbər göndərməmişdir, məgər o halda ki, geri qayıdacaq və Əmirəl-mömininə (ə) yardım edəcəkdir”.//Deyerler.org

 

 www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..