Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Sentyabr 09:29
Şərh Yoxdur
6976

İmam Zaman ağanın (ə.f) qiyamında iştirak edəcək mələklər

Əban ibni Təğəllüb nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur: “Sanki Qaimi (ə.f) Kufənin arxasında görürəm ki, orada qərar tutmuşdur. Alnı ağ olan ağ və qara rəngli ata minmişdir. Sonra at cuşa gəlir. Elə bir şəhər qalmır ki, sakinləri güman etməsin ki, o, onların şəhərindədir.

 

O zaman ki, o, Peyğəmbərin (s) bayrağını dalğalandıracaqdır, 300 min mələk ona tərəf gələcəkdir ki, hamısı Qaimin (ə.f) intizarını çəkirdilər. Onlar, Nuhun (ə) gəmisində onunla birlikdə olanlar kimidirlər. İbrahimlə (ə) atəşə düşən kimidirlər. İsa (ə) ilə səmaya qaldırılmışlar kimidirlər.

 

İmam Hüseynlə (ə) birlikdə vuruşmaq istəyən, ancaq icazə almayan 4 min mələk də yerə enər. Onlar Aşura günü icazə almaq üçün səmaya qalxıb geri qayıdanda görürlər ki, İmamı (ə) şəhid ediblər. Onlar Qiyamətə qədər pərişan halda İmamın (ə) qəbri yanında ağlayarlar.

 

Hüseyn (ə) qəbri ilə səma arasında yer meydana gəldi və o, mələklərin sıx olduğu yerdir”. (Həvzəh/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..