Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Dekabr 12:51
Şərh Yoxdur
6098

İmam Zaman ağanın (ə.f) mübarək anası Nərcis xanım, Şəmun peyğəmbərin nəslindəndir

İmam Zaman ağanın (ə) mübarək anası Nərcis xanım cənab Şəmunun nəslindən gəlir. Şəmun – Allahın peyğəmbəri və Həzrət İsanın (ə) vəsisi olmuşdur.

Xristianlar onu Petrus da çağırırlar. Atasının adı Yuna idi və hər ikisi də balıqçı idilər. Nərcis xanım (s.ə) – Şəmunun nəslindəndir. Kiçik yaşlarından babası olan Roma imperatorunun tərbiyəsi altında böyümüşdür. O, əvvəl xristian idi və hədislərin buyurduğuna görə, yuxuda Peyğəmbəri (s) və İmam Əlini (ə) görür və görür ki, onlar Roma imperatorunun sarayına elçilik üçün gəliblər. Onları Həzrət İsa (ə) qarşılayır. Bu zaman Peyğəmbər (s) İmam Həsən Əsgəriyə (ə) işarə edir və buyurur: “Ey Allahın ruhu! Mən bu övladım üçün sənin vəsin olan Şəmunun qızına elçiliyə gəlmişəm”. Həzrət İsa (ə) Şəmuna nəzər salır və buyurur: “Necə bir şərafət sənə nəsib olmuşdur. Bu mübarək kəbinə razı ol”. Şəmun da razı olur. Sonra Peyğəmbər (s) minbər başına qalxır və xütbə oxuyur. Sonra Nərcisi İmam Həsənlə (ə) nikahlayır. Orada olanları buna şahid tutur”.

Şəmuna işarə edən ayələr:

“İshaq və Yəqubu (ömrünün axırlarında) ona bəxş etdik və nübuvvəti və (səmavi) kitabı övladlarına əta etdik”. (“Ənkəbut” 27). Şəmun – Həzrət Məryəmin (s.ə) bibisi oğlu idi və Həzrət İbrahimin (ə) zümrəsindən hesab olunur.

“(Ya Peyğəmbər!) Sən onlara o şəhərin (Antakiya) əhalisinin dastanını məsəl çək. O zaman Allahın göndərdiyi(peyğəmbərlər) oraya gəlmiş. O zaman onlara, iki nəfər (peyğəmbər)göndərmişdik, amma onların ikisini də təkzib etdilər. Biz(həmin peyğəmbərləri)göndərdiyimiz üçüncü (peyğəmbər) ilə qüvvətləndirdik. (Peyğəmbərlər) hamılıqla dedilər: «Biz sizə göndərilmiş (peyğəmbərlər)ik»”. (“Yasin” 13-14). Təfsirçilərin nəzərinə görə, bu peyğəmbərlərdən biri Həzrət İsa (ə) olmuşdur. Deyilənə görə, üçüncü göndərilən peyğəmbər isə Şəmun olmuşdur.

İmam Baqirdən (ə) gələn hədisdə də həmin üçüncü peyğəmbərin Şəmun olduğu bəyan olunmuşdur.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) ŞƏHADƏTİ

Şiə və sünni tariхçiləri Əbu Rafеnin həyat yoldaşı Səlmaya istinadən bеlə nəql еdirlər: “Mən həzrət Fatimədən (s.ə.) ömrünün aхırlarında bəzi məsələlər haqda... Davamı..

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) MƏQAMI

1. Xanım Fatimeyi-Zəhra (s.ə.) – qadınların ən üstünü: Məşhur əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdə aşkar şəkildə göstərilir ki, xanım Fatimeyi-Zəhra... Davamı..

HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATINA QISA BİR BAXIŞ

Cəmadiul-əvvəl ayının 5-i  iffət və müqavimət nümunəsi xanım Zeynəbin (s.ə.) doğum günüdür. Bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir, o xanımın... Davamı..

10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.

Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və... Davamı..

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.   İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi... Davamı..

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti ✅1). Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun; Quran baxımından insanların bir-birindən təkcə üstün... Davamı..

PEYĞƏMBƏRİN (S) HƏYATI

Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in... Davamı..

İmam Həsən Əskəri (ə.s)-ın Şəhadəti

Abbasi xəlifələri və Abbasi iqtidarının nümayəndələri, Əhli-Beyt İmamlarının (ə) on iki nəfər olduğunu və on ikincisinin qeybətdən sonra zühur edib zalımların batil... Davamı..