Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 Dekabr 13:53
Şərh Yoxdur
5521

İmam Zaman ağanın (ə.f) diqqətini necə cəlb edək?

İmamın (ə.f) intizarında olan bir cəmiyyət, xalis və sağlam əmələ malik olan cəmiyyət olmalıdır. O cəmiyyət ki, fəsada düçar olar, İmamın (ə.f) zühuruna hazır olduğunu iddia edə bilməz.

 

Ayətullah Lənkərani tələbələrdən birindən belə bir əhvalat nəql etmişdir: “Uzun illərdir ki, vüsala çatmaq üçün əziyyət çəkirəm, göz yaşı tökürəm və Səhlə məscidi mənim bu dediklərimin şahididir. Hətta qərb elminə belə müraciət etdim, ancaq yenə də nəticəsiz oldu. Həyatımın hər bir sahəsində Həzrətin (ə.f) iştirakını hiss edirəm, ancaq hüzurunda olmaq susuzluğum hələ də yatmır. Ey kaş arzuma çatardım!

 

Dediklərinə görə, qıfıl düzəldən qoca kişinin mağazası buralarda olmalıdır və burnuma tanış ətirlər gəlir. Bu nur həmin mağazadan gəlirdi. Bəli, bu insan Yusifi Fatimədir (ə). Nəhayət arzuma çatdım. Ürəyim tez-tez vurur və ayaqlarım titrəyir. Mən mağazaya daxil oluram. O, bizim hüccətimizdir. Salam verirəm. Həzrət (ə.f) aramlı halda mənim cavabımı verir. Sonra həmin qoca ilə söhbətinə davam edir.

Görəsən bu kişi nə etmişdir ki, Həzrət (ə.f) özü onun görüşünə gəlmişdir?

 

Birdən qoca bir qarının sözləri fikirlərimi dağıtdı. Siması yorğun, səsi titrəyən və paltarları köhnə idi. Ümidsiz halda bir qıfılı kişiyə göstərdi: “Mümkündürmü ki, bu qıfılı məndən üç dirhəmə satın alasan? Mənim pula ehtiyacım vardır. Bazarı gəzdim və yoruldum, heç kəs bu qıfılı almaq istəmir”. Qoca kişi qıfılı aldı və ona baxdı. Heç bir eybi yox idi. Dedi: “Xanım! Bu qıfıl səkkiz dirhəm edər”. Sanki dünyanı həmin qadına verdilər və pulu alıb, kişiyə dua edərək mağazadan çıxır.(Erfan/Deyerler)

 

Həzrət (ə.f) üzünə mənə çevirib buyurur: “Ey əziz! Bu mənzərəni gördün? Buna görədir ki, biz sizin sorağınıza gəlirik. Lazım deyildir ki, əziyyət çəkəsən, sağlam əməlin olmalıdır. Gərək müsəlman olasan ki, səninlə həmkarlıq edim. Bu şəhərdə mən bu qocanı seçmişəm. Çünki dindardır və Allahı da tanıyır. Bu da verdiyi imtahanlardan biri idi. Bu qoca qarı bazarın əvvəlindən ehtiyacı olduğunu elan etmişdi. Onu ehtiyaclı görən zaman əlindəkini ucuz almaq istəyirdilər. Heç kəs ona üç dirhəm belə verməyə hazır deyildi. Ancaq bu kişi onu səkkiz dirhəmə aldı. Mən hər həftə onun sorağına gəlirəm. Onun halını soruşuram””.

 

Bəli, İmamın (ə.f) diqqətini cəlb edən şey – ancaq saleh və xalis əməldir.

Ona görə də hər bir müsəlman öz əməlinə diqqət etməli, ictimai və iqtisadi haqları düzgün yerinə yetirməlidir.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..